Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “SƏRHƏDSİZ REPORTYORLAR”DAN FRANSIZLARA ÇAĞIRIŞ

“SƏRHƏDSİZ REPORTYORLAR”DAN FRANSIZLARA ÇAĞIRIŞ


26-01-2012, 18:36
“SƏRHƏDSİZ REPORTYORLAR”DAN FRANSIZLARA ÇAĞIRIŞ

QURUM SENATIN QƏRARINDAN NARAHATDIR

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı və ifadə azadlığını müdafiə təşkilatı Fransa parlamenti üzvlərinə Senatın təsdiq etdiyi erməni soyqırımının inkarına görə cəza tətbiqi haqqında qanundan Konstitusiya Məhkəməsinə şikayət vermək çağırışı ilə açıq məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli parlamentarilər, “Sərhədsiz reportyorlar” Senatın yenicə təsdiq etdiyi qanunla bağlı narahatlığını bildirir. Bu qanunun məğzi çoxsaylı müzakirələrin predmeti oldu və onun konstitusiyaya uyğun olub olmadığının araşdırılması üçün əsas var. Aparıcı xadimlərin iştirakı ilə qanunun tərəfdarları və əleyhdarları arasında fikir mübadiləsi əsas hüquqlarımıza dərindən toxunub. Buna görə onun tərəfdarları başa düşməlidirlər ki, Konstitusiya Şurasının fikrini almadan keçinmək olmaz və biz sizi Şuraya müraciət etməyə çağırırıq.

Bu qanunun pozduğu 4 məqam var: ifadə azadlığı hüququna zidd olması, cinayət və cəza arasında mütənasiblik olmaması, parlamentin səlahiyyətlərini pozması və təfsirində aydınlıq olmaması.

Bu qanunun əleyhinə olan hər kəsin ədaləti bərqərar etmə səylərini dəstəkləyirik və qurbanların nəsillərinin dərdini yaxşı anlayırıq. Soyqırımın və ədavətin inkar olunmasına qarşı mübarizə göz önündədir və zəruridir. Amma qeyd etməliyik ki, buna konstitusiyada müdafiə olunan söz azadlığı prinsipinin pozulması bahasına nail olunmamalıdır.

Tarixi faktın qeyri-cinayətkar ehkama çevrilməsi təhlükəli pozuntulara yol açır. Bu, məhz türk hakimiyyətinin 1915-ci ildə erməni soyqırımının olduğunu hesab edənləri cəzalandırarkən etdiyidir.

Bu qanunda nəzərdə tutulan cərimə nə zəruri, nə də əndazəli deyil, ifadə azadlığına görə azadlıqdan məhrumetmə isə Avropa İnsan Hüquqları Konvensiyasına, ATƏT prinsiplərinə və digər beynəlxalq öhdəliklərə ziddir.

Bu qanunun Konstitusiya Şurasına verilməsinə bəraət qazandıran daha bir problem var. Şuranın keçmiş prezidentlərindən biri – Robert Badinter deyib: “Konstitusiya Fransa parlamentinə tarixi faktı müəyyən etmək səlahiyyəti verməyib”.

Parlamentarilər ümumdünya tarixi üzrə mühakimə yürütməyə çalışırlarsa, bu, hakimiyyət bölgüsü prinsipinə uyğundurmu?

Nəhayət, parlamentarilərdən biri hakimlərin soyqırımın inkarını: nəyin ədavət salmaq və soyqırımı inkar etməyə yaxın qərəzli hərəkət, nəyin sadəcə cahillikdən və təbliğatdan irəli gəldiyini fərqləndirə bilməsi zərurətini qeyd edib. Bu, mühüm fərqdir, lakin təəssüf ki, bu məqamlar qanunda əksini tapmayıb.

Qanuna görə cinayət təqibi nəzərdə tutulan “təhrikçi inkar” şərhini jurnalist, bloger və ya tarixçi necə müəyyən edə bilər?

Hakim qanunun dəqiq təfsiri ilə məhdudlaşmırsa, özbaşınalıqla sərhəddə olan fəaliyyət azadlığı əldə edir.

Demokratiya tapança gücünə qəbul etdirilə bilməyəcəyi kimi, baxışlarda təkamül və milli barışıq da repressiv və mürtəce qanunla qəbul etdirilə bilməz, xüsusən, başqa ölkədə qəbul edilmiş qanunla”, deyə məktubda qeyd edilir.


Geri qayıt