Əsas Səhifə > Gündəm, Manşet > BU GÜN ŞAHİN AĞABƏYLİNİN DOĞUM GÜNÜDÜR
BU GÜN ŞAHİN AĞABƏYLİNİN DOĞUM GÜNÜDÜR27-01-2012, 12:05 |
MƏRHUM BAŞ REDAKTOR İKİNCİ DOĞUM GÜNÜNÜ AXİRƏTDƏ QARŞILAYR Bu gün «Milli Yol» və «Poliqon» İnformasiya Agentliynin Qurucusu və Baş redaktoru Şahin Ağabəylinin doğum günüdür. Yaşasaydı 36 yaşını qeyd edəcəkdi. Təbii ki, ailəsiylə, dostları və həmkarları ilə birlikdə qeyd edəcəkdi və hər kəsi sevindirəcəkdi. Amma bu gün Şahin Ağabəylinin ailəsi, oğlu, dostları və həmkarları sevinmir. Hər kəs mərhum atanı, oğulu, həyat yoldaşını, qardaşını və dostunu hüznlə yad edir. Şahin Ağabəyli 35 yaşını doldurmadan həyata vida etdi. Artıq ikinci doğum gününü axirətdə qeyd edir. Dostları isə o olmasa belə onun ad ad gününü qeyd edirlər. Elə bil ki, Şahin ölməyib. Elə bil ki, harasa gedib. Qayıdacaq, deyirlər, amma hər kəsin gözləri yaşla dolur... 1 il 3 aydır ki, onu tanıyanlar, ailəsi, dostları Şahinsizlik yaşayırlar. Bitib tükənməyən bir Şahinsizlik... Amma heç kim onun ölümünə inanmır. Hər kəs özü bildiyi kimi onu özündə yaşadır... Allah rəhmət eləsin.. Geri qayıt |