Əsas Səhifə > Cəmiyyət, Manşet > TÜRKİYƏDƏ GİZLİ GÖRÜŞDƏ DAHA BİR ŞOK İSİM

TÜRKİYƏDƏ GİZLİ GÖRÜŞDƏ DAHA BİR ŞOK İSİM


7-11-2013, 17:57
TÜRKİYƏDƏ GİZLİ GÖRÜŞDƏ DAHA BİR ŞOK İSİM
DİA.AZ: - Bir nemə gün əvvəl Abbas Abbasovun Cəmil Həsənli ilə İstanbuldakı “Çırağan Sarayı”nda gizli görüş keçirmələri barədə eksklüziv məlumat təqdim etmişdik. Lakin Cəmil Həsənli bunu inkar etsə də bu gün həmin görüşün təfərrüatlarına dair əlavə məlumatlar yayılıb. Həmin məlumatda göstərilir ki, qeyd olunan görüşdə Abbas Abbasov, onun oğlu, millət vəkili Aydın Abbasov və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasov və Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli iştirak ediblər. Amma bu hələ hamısı deyil...

Mətbuatdan da bəlli olduğu kimi bu ilin əvvəlində “Milyarderlər ittifaqı” adından Abbas Abbasov münasibəti olan Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini - kənd təsərrüfatı naziri Məmməd Abbasovla xarici ölkələrdən birində görüşmüşdü. Həmin görüşün nəticəsi kimi isə Məmməd Abbasov öz vəzifəsini itirdi.

DİA.AZ-a bu barədə daxil olan məlumatda deyilir ki, Abbas Abbasovun Cəmil Həsənli ilə “Çırağan Sarayı”nda gizli görüşündə iştirak edənlərdən biri də Məmməd Abbasov olub. M.Abbasov görüşdə iştirak etmək üçün Bakıdan Naxçıvana qayıtmış, oradan isə Səfər adlı türk dostunun avtomobili ilə əvvəlcə İğdıra, oradan isə İstanbula gedib. M.Abbasov da Abbas Abbasovun oğlu kimi aldadıcı marşurutdan və başqasının avtomobilindən istifadə edərək məxfi planlaşdırılmış görüşə diqqət çəkmədən qatılıb.

İstanbulda Abbas Abbasovun təşkilatçılığı ilə baş tütmuş görüşün məzmunu o dərəcədə məxfi saxlanılır ki, hətta Cəmil Həsənli həmin görüşü Milli Şuradakılardan və cəmiyyətdən gizli saxlamaq məcburiyyətində qalib. “Ağsaqqal” tərəfindən C.Həsənliyə sonradan görüşün təfərrüatlarının açılmaması üçün birdəfəlik olaraq həmin görüşü inkar etmək tapşırığı verilib.

Geri qayıt