Əsas Səhifə > Sosial, Manşet > DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ İXTİSAR BUMUNA ETİRAZ

DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ İXTİSAR BUMUNA ETİRAZ


8-11-2013, 11:32
DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ İXTİSAR BUMUNA ETİRAZ
XOŞBƏXT YUSİFZADƏNİN DƏ YAŞLI KADR OLDUĞUNU MİSAL ÇƏKƏN İŞÇİ

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin strukturlarında ciddi kadr dəyişikliyi gözlənilir, eyni zamanda ixtisarların aparılması da planlaşdırılır. Artıq ARDNŞ sistemində hansı istiqamətlərdə ixtisarların həyata keçiriləcəyi dəqiqləşib. Bu barədə redaksiyamıza qurumdakı qaynaqlar xəbər verib.

DİA.AZ-ın əldə etdiyi informasiyaya görə, hazırda 5 mindən artıq əməkdaşı olan ARDNŞ Təhlükəsizlik İdarəsində təxminən 1000 nəfərin ixtisara salınması nəzərdə tutulub: «Məlumdur ki, ARDNŞ Təhlükəsizlik Xidməti son illərdə bir orduya çevrilmişdi. Doğrudur, bu ordudan daha çox ARDNŞ-a aid torpaqlarda inşia olunan evlərin sahiblərinə qarşı istifadə olunurdu. Amma indi bu orduda ixtisarların aparılması gözlənilir. Yəni artıq Rövnəq Abdullayevin əlavə gücə ehtiyacı yox imiş - təsəvvürü yaranıb».

Eyni zamanda Neft Daşlarında yaşlı kadrların da ixtisara salınacağını bildirən mənbəmiz bildirdi ki, artıq bu kampaniyaya başlanılıb: «Məsələn, bu günlərdə şirkətin 70 yaşlı bir neftçisinin əmri verilib. O da etiraz edərək, özünün təcrübəli işçi olduğunu irəli sürüb, həmçinin hazırda ARDNŞ-də vitse-prezident postunu tutan Xoşbəxt Yusifzadəni misal çəkərək, onun da 83 yaşının olduğunu, amma vəzifəsində saxlanıldığını söyləyib. Amma buna baxmayaraq, həmin işçi ixtisara salınıb. Bu qayda ilə hələlik 27 nəfər ixtisar edilib, prose sisə davam edir».

Onu da bildirək ki, baş verənlərlə bağlı ARDNŞ-lə əlaqə saxlasaq da, bizə yalnız “belə ixtisarlar yoxdur, xəbərsizik” cavabını verdilər.

Geri qayıt