Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV DOLAYI YOLLA ETİRAF ETDİ Kİ...
RƏSUL QULİYEV DOLAYI YOLLA ETİRAF ETDİ Kİ...8-11-2013, 11:38 |
Mətbuatda yenidən Milli Şuranın mitinq günü Sülhəddin Əkbər Rəsul Quliyevlə telefon danışığı olduğu iddia edilən məlumat yayımlanıb. Bu dəfə yenilik isə bunun mediaya Sülhəddin Əkbər tərəfindən ötürüldüyü barədə ACP-dən istefa verən bir adamın iddiasıdır. Eks-spiker Rəsul Quliyev açıqlamasında bu məsələyə münasibət bildirib. R.Quliyev deyib ki, bu danışığın yayılmasına görə Eldar Namazov inciyə bilərdi: “Bu telefon danışığını Sülhəddin Əkbərin yaydığına inanmaq çətindir. Çünki məqsədin nədən ibarət olduğunu təyin etmək mümkün deyil. İstənilən variantda bu telefon danışığının informasiya vasitələrinə çıxmasının elə bir əhəmiyyəti yoxdur. Yeganə Eldar müəllim (Eldar Namazov – M.Ə) inciyə bilərdi, ancaq bizim aramızdakı münasibətlər belə xırda və yalançı informasiyaya görə pozula bilməz”. DİA.AZ xatırladır ki, bu telefon danışı yayılan zaman həm Rəsul Quliyev və həm də Sülhəddin Əkbər danışığın montaj, saxta olduğunu iddia etmişdilər. İndi isə bu etirazlar da unudulub. Təkcə bir məsələ qalır, kim yayıb. Yəni dartışılanı budur. Geri qayıt |