Əsas Səhifə > Şou-biznes > BRİLLİANT DADAŞOVANI TÜRKİYƏDƏ ALDADIBLAR

BRİLLİANT DADAŞOVANI TÜRKİYƏDƏ ALDADIBLAR


27-01-2012, 12:32
BRİLLİANT DADAŞOVANI TÜRKİYƏDƏ ALDADIBLAR

MÜĞƏNNİNİN 18 MİN DOLLARI BATIB

Azərbaycanın Xalq artisti Brilliant Dadasova Türkiyədə dolandırıldığını bildirib. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.

B.Dadaşova iddia edib ki, o, tanınmış müsiqiçilər Mətin Özülk və Fəttah Can tərəfindən aldadılıb. Brilliant xanımın sözlərinə görə, o, türkcə və azərbaycanca buraxdırmaq istədiyi albomu üçün bir mahnı və aranjeman qarşılığında Özülkü ilə Cana 18 min dollar ödəyib.

B.Dadasova deyib: “Bu iki məşhur adam 2 il yarımdır məni aldatmaqla məşğuldur. Türk qardaşlarıma güvəndim, özümü bacılarıymış kimi düşünüb nə dedilərsə, etdim. Amma onlar indi telefon zənglərimi belə, açmırlar".


Geri qayıt