Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTAT TÜRKİYƏDƏ TƏCÜMƏÇİLİK ETDİ, ANLAYAN OLMADI
YAP-ÇI DEPUTAT TÜRKİYƏDƏ TƏCÜMƏÇİLİK ETDİ, ANLAYAN OLMADI8-11-2013, 12:49 |
Türkiyənin Ərdoğan Universitetində azərbaycanlı deputatın iştirakı ilə kuryoz hadisə baş verib. Belə ki, Azərbaycan Milli Məclisinin üzvünün Qaradəniz Universitetlər Birliyi ilə əməkdaşlıq protokolunun imzalanması mərasimindəki tərcüməçiliyi böhran yaradıb. Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, mərasimə Qara dəniz regionunda yerləşən ölkələrdən 25 millət vəkili və elm adamı qatılıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Pan Gi Mun mərasimə teleqram göndəriblər. Mərasimdə növbə ilə Ərdoğan Universitetinin rektoru Hüseyn Karaman, Rizə bələdiyyə başqanı Halil Bakırçı, Qaradəniz Universitetlər Birliyi başqanı Jirgaq Kacani, Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Rusiya Dövlət Dumasının deputatı Suliya Murzabayeva və digərləri çıxış ediblər. Proqram ərzində çıxışlar sinxron tərcümə edilməyib və nitqləri tərcüməçilər fərqli dillərə çevirərək digər iştirakçılara çatdırmağa çalışıblar. Lakin çıxış edənlər bu durumdan xəbərsiz olduqları üçün nitqlərini fasiləsiz davam etdiriblər. Tərcüməçi isə çıxışlardan ancaq yadında qalanları tərcümə edə bilib. Rusiya Dövlət Dumasının üzvü S.Murzabayeva çıxışını rus dilində edib. Bu zaman məlum olub ki, zalda rusca bilən tərcüməçi yoxdur. Nəticədə onun nitqini rus dilində bilən YAP-çı deputat M.İbrahimqızı tərcümə etməli olub. “Lakin azəri millət vəkili İbrahimqızı rusiyalı deputatın çıxışını Azərbaycan türkcəsinə birtəhər çevirə bilib və onun tərcüməsindən də çoxları heç nə anlamayıb” - deyə türk mətbuatı yazır. Geri qayıt |