Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEVİ HANSI ÖLKƏDƏ HƏBS EDƏ BİLƏRLƏR?
ELŞAD ABDULLAYEVİ HANSI ÖLKƏDƏ HƏBS EDƏ BİLƏRLƏR?8-11-2013, 13:01 |
KEÇMİŞ REKTOR SƏN DEMƏ, BÜTÜN DÜNYA ÜZRƏ AXTARIŞA VERİLMƏYİBMİŞ DİA.AZ: - Hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş prezidenti Elşad Abdullayev sanki bir «ölməz Kaşey»ə çevrilib. Bu, onun həbsilə bağlı bir neçə dəfə xəbərlərin yayılması və sonradan bu xəbərlərin düz çıxmaması ilə meydana gələn br mənzərədir. Belə ki, bir neçə dəfə həbs olunduğu deyilsə də, Elşad Abdullayev sonradan meydana çıxaraq həbs olunmadığını bəyan edib. Bildirək ki, Elşad Abdullayev «orqan alveri» ittihamı ilə suçlu bilinir və bu ittihamla Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən interpol vasitəsilə beynəlxalq axtarışa verilib. Amma buna baxmayaraq, Elşad Abdullayevin heç də bütün dünya miqyasında axtarılmaması ilə bağlı təəssüratlar var. Çünki fakt ondan ibarətdir ki, bu gün keçmiş rektor Avropanın istənilən ölkəsinə rahatlıqla gediş-gəliş edə bilir. Bu faktı DİA.AZ-a Avropada yaşayan soydaşlarımız da təsdiqləyiblər. Və elə bu səbəbdən bildirilir ki, hətta Azərbaycan Elşad Abdullayevin beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpolun mərkəzi ofisinə verdiyi siqnalı da geri çəkib. Yəni artıq Azərbaycan dövləti adına keçmiş rektor axtarılmır. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində isə öyrənə bildik ki, əslində Elşad Abdullayev hələ də axtarışdadır və həqiqətən də Azərbaycanın hüquq-mühafizə orqanları belə bir siqnalı verib: «Amma buna rəğmən hələlik bu axtarış ümumdünya üzrə həyata keçirilmir ki, bu da kifayət qədər şübhəlidir. Yalnız bir neçə ölkədə - Türkiyədə, Rusiyada və digər MDB ölkələrində Elşad Abdullayev görünərsə, həbs olunacaq ki, bu da olduqca anlaşılmaz bir haldır». Onu da bildirək ki, Elşad Abdullayevin hakimiyyətin müəyyən dairələri tərəfindən himayə olunduğu da iddia edilir və bu barədə də yetərincə faktlar səsləndirilib. Geri qayıt |