Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOVUN OBYEKTİNDƏ QANUNSUZ PULTOPLAMA
ZİYA MƏMMƏDOVUN OBYEKTİNDƏ QANUNSUZ PULTOPLAMA8-11-2013, 14:25 |
Sürücülər Bakı Beynəlxalq Avtovağzalından şikayətçidirlər. Onların qəzetimizə üraciətdə bildirilir ki, avtovağzalın qarşısında ödənişli dayancaqla bağlı hər hansı élan yoxdur, ancaq avtoğazala daxil olan hər avtomobil sahibindən ödəniş tələb edilir. “Avtovağzala daxil oldum, qapıdan çıxarkən bizdən giriş haqqı istədilər. Mən buna etiraz elədim. Bildirdim ki, avtovağzalda dayanacağın ödənişli olması barəsində élan yoxdur. Bəlkə mənim cibimdə, pul qabımda pul yoxdur? Yoxdursa, maşını buraxmırlar, ta ki onların sözü iləd esək “giriş haqqı”nı verməyənə qədər. Onu da bildirim ki, pul yığanlar avtomobillərin dayanacağa daxil olmasında maraqlıdırlar, özləri çağırırlar. Avtovağzalın yaxınlığında dayanan Nəqliyyat Departamentinin də əməkdaşları da maşınların dayanacaqda saxlamağa məcbur edirlər, imkan vermirlər avtovağzalın qarşısında maşın saxlayaq”, deyə adının çəkilməsini istəməyən sürücü bildirdi. Sürücünün sözlərinə görə, avtovağzalın çıxışında ondan 1 manat dayanacağa giriş haqqı kimi alıblar: “İsrarla ödənişə görə qəbz istədim. Onlar da mənə “M.TRANS” MMC-nin qəbzini verdilər. Məndən giriş haqqı istəyən işçinin sözlərinə görə, onlara belə göstəriş verilib. Bu avtovağzal rəhbərinin göstərişidir. Mən qarşılaşdığım problemlə bağlı olaraq Nəqliyyat Nazirliyinin “qaynar xətt”i ilə əlaqə saxladım, ancaq zənglərə cavab verən olmadı. Şikayətçi ona təqdim edilən qəbzin şəklini çəkib əməkdaşımıza təqdim edib. Şikayətçinin müraciəti əsasında Nəqliyyat Nazirliyinin mətbuat xitdmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də telefon zənglərimizə cavab vermədi. (bizim yol) Geri qayıt |