Əsas Səhifə > Cəmiyyət, Manşet, foto > NEFTÇALA İCRA HAKİMİYYƏTİNDƏ MALİYYƏ YOXAMASI

NEFTÇALA İCRA HAKİMİYYƏTİNDƏ MALİYYƏ YOXAMASI


8-11-2013, 15:22
NEFTÇALA İCRA HAKİMİYYƏTİNDƏ MALİYYƏ YOXAMASI
MƏMUR HƏR ŞEYİ AÇIB DEYƏCYİNİ BİLDİRİB

DİA.AZ: - İki gün öncə, Neftçala rayonunun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Maliyyə Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparıldığı barədə məlumat verilmişdi.

Həmin məlumatlarda qeyd olunur ki, sözügedən rayonda vəzifəli şəxslərinin 2012-2013-cü illərdə vəfat etmiş şəxslərin adlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək yardım siyahılarına daxil edilərək onların plastik kartlarına vəsait köçürülməsində, vətəndaşların mülkiyyətində və icarələrində olan torpaq sahələri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda və becərilmiş əkin yerlərinin sahələrinin sənədlərdə süni surətdə şişirtməklə əlavə yardım məbləğlərinin hesablanaraq artıq ödənilməsində və digər qanun pozuntularına yol verilməsi nəticəsində dövlətə 53.4 min manat məbləğində ziyan vurulmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

DİA.AZ bildirir ki, bu barədə “bizimxeber” məlumat yayıb. Portala daxil olan eksklüziv məlumata görə, artıq Maliyyə Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təcrübəli yoxlama qrupu rayondadır. Məlumatda qeyd olunur ki, yoxlamalar rayondakı bütün idarə və müəssisələrdə həyata keçiriləcək. Hələlik isə, konkret fakt üzrə yoxlama aparılır.

Yoxlama aparmaq üçün rayona gedən şəxslərlə kifayət ciddi davranılır, onları ələ almağa çalışırlar. Redaksiyamıza daxil olan məlumata görə, rayonun Maliyyə idarəsinin rəisi, Maliyyə Nazirliyində ciddi dayaqları və külli miqdarda pula sahib olan Rəşid Manafov öz yaxın ətrafına bildirib ki, ”bu kimi yoxlamalardan çox görüb və heç bir problem yoxdur”. Mənbə əlavə edir ki, icra başçısı İsmayıl Vəliyev isə daha çox narahatdır və hələ də nə baş verdiyini anlamır.

Lakin, rayona gələn yoxlama qrupu açıq şəkiləd bildirib ki, rahat işləmələri üçün şərait yatarsınlar, əks təqdirdə Bakıya qayıdaraq yoxlamaya imkan verilməyəcəyi ilə bağlı yüxarı rəhbərliyə məruzə edəcəklər.

Başqa bir məlumata görə, cinayət əməlində adı keçən Tatarməhlə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi bildirib ki, sadalanan ittihamlardan xəbərsizdir və bu işləri icra hakimiyyətində və maliyyə idarəsində onlarsız hətaya keçirirlər. Sadəcə onlar inzibati ərazi vahidliyi kimi istənilən sənədə imza atırlar. Kifayət qədər qorxaq adam olan Tatarməhlə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi deyib ki, ” məni həbs etsələr, hər şeyi açıb deyəcəm”. Bundan qorxuya düşən rayon rəhbərliyi həbslərin baş verməməsi üçün bütün vasitələrə əl atır.

Daha dəqiq təfərrüatlar barədə məlumat verəcəyik.

Geri qayıt