Əsas Səhifə > Cəmiyyət, Manşet > GÖYÇAY SAKİNLƏRİ HEYDƏR ƏSƏDOVDAN NARAZILIQ EDİR
GÖYÇAY SAKİNLƏRİ HEYDƏR ƏSƏDOVDAN NARAZILIQ EDİR8-11-2013, 16:24 |
ONLAR TƏDBİR GÖZLƏYİRMİŞ DİA.AZ: - Dünən Kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi ilə Dövlət Baytarlıq Xidmətində respublika baytarlıq müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Dövlət Baytarlıq Xidmətinin, rayon, şəhər baytarlıq idarələrinin, respublika və zona baytarlıq laboratoriyalarının rəhbərləri, alim və mütəxəssislər iştirak ediblər. Baytarlıq xidməti kollektivi ilə aparılan fikir mübadiləsi zamanı baytar həkiminin nüfuzunun bərpa olunması, həkimlərin layiq olduqları və müasir tələblər səviyyəsində çalışmaları müzakirə edilib, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi deyib. Nazir heyvanlar arasında baş verən xəstəliklərə qarşı aparılacaq mübarizə üçün xidmətin maddi-texniki bazasının yaxşılaşdırılamasının, laboratoriya və diaqnostik kabinetlərin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini bildirib, yerlərdə çalışan mütəxəssisləri dinləyib. “Etiraf etməliyik ki, bu məlumatlarla tanış olduqdan sonra, müəyyən mənada bir məyusluq hissi keçirdk. Səbəb isə bu oldu ki, müşavirənin gedişində Dövlət Baytarlıq Xidmətinin struktur bölmələrinin, o cümlədən rayon baytarlıq idarələrinin fəaliyyətində müşahidə olunan nöqsanlar və bu nöqsanların yaranma səbəbləri ətrafında hər hansı müzakirələrin aparıldığı barədə məlumatlarda heç nə deyilmirdi”. Bunu DİA.AZ-a yazan bir qrup Göyçay rayon sakini bildirir. Onlar məktublarında davam edirlər: “Nöqsanlar isə kifayət qədərdir. Bu vaxta qədər mətbuatda Göyçay rayon Baytarlıq İdarəsinin fəaliyyətində yer almış çoxsaylı neqativ hallardan bəhs olunan materiallar kifayət qədər yerləşdirilib. Amma nədənsə Heydər Əsədovla görüşdə yerlərdəki problemlərdən danışılmadı”. Sakinlər bildirilir ki, Göyçayın Baytarlıq İdarəsi rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatları ilə zəif və daha çox bir istiqamətdə əlaqə saxlayır. Şikayətçilər bu idarənin əməkdaşlarını yalnız ödənişli xidmətlərin göstərildiyində ittiham edirlər: “Rayonda heyvan kəsimi yerlərində gündəlik həkim nəzarəti yoxdur. Gündəlik kəsilən heyvanlardan laboratoriya analizi üçün qan nümunələri götürülmür. Təbii ki, belə analizlər aparılmadıqca, insanların da heyvan mənşəli xəstəliklərə yoluxması risqi yüksək olur”. Yer almış özbaşınalıqların yeganə izahını isə sakinlər Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevin yarıtmaz fəaliyyətinə bağlayırlar: “Rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, şadlıq saraylarında və yol kənarı yeməkxanalarda da baytar nəzarətindən əsər-əlamət yoxdur. Adı çəkilən obyektlərin haradan ət tədarük etmələri barədə heç kim dəqiq məlumatlı deyil. Əslində isə bu obyektlər baytar idarəsinin ciddi nəzarətində olmalıdırlar. İstifadə olunan ət və digər ərzaq məhsullarının nümunələri isə mütəmadi olaraq laborator müayinələrə məruz qoyulmalıdır. Ağadadaş Hacıyevin rəhbərlik etdiyi bu idarənin kurasiyasına həm də rayon ərazisində fəaliyyət göstərən bir neçə quşçuluq fabiriki aiddir”. Daha sonra sakinlər bildirir: “Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi yerli sakinlər tərəfindən irəli sürülən bu ittihamları diqqətə alacaq və Göyçay rayon Baytarlıq İdarəsinin fəaliyyəti ən qısa zamanda tam ciddiliyi ilə təftiş olunacaq. Və son sözün Heydər Əsədovda olduğuna, həmçinin onun spn sözünü hələ demədiyinə də inanırıq”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |