Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QHT-LƏRLƏ KMİ ARASINDA ANLAŞMA

QHT-LƏRLƏ KMİ ARASINDA ANLAŞMA


27-01-2012, 13:06
QHT-LƏRLƏ KMİ ARASINDA ANLAŞMA

RÜŞVƏTƏ QARŞI BİRGƏ TƏBLİĞATIN APARILMASI RAZILAŞDIRILIB

Azərbaycanın qeyri-hökumət təşkilatları ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. APA-nın xəbərinə görə, memoranduma QHT-lər adından Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev imza atıb.

Memorandumda 10 istiqamət üzrə əməkdaşlıq nəzərdə tutulub. QHT-lər və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi birgə təbliğat aparacaq, televiziya verilişlərinin hazırlanması, müxtəlif nəşrlərin çap olunması və sair sahələrdə birgə əməkdaşlıq edəcəklər.


Geri qayıt