Əsas Səhifə > Güney Press, Araşdırma > BÜTÜN LAYİHƏLƏRİN ÖZ RİSKLƏRİ VAR

BÜTÜN LAYİHƏLƏRİN ÖZ RİSKLƏRİ VAR


27-01-2012, 13:54
BÜTÜN LAYİHƏLƏRİN ÖZ RİSKLƏRİ VAR

ƏGƏR "ŞAHDƏNİZ" KONSORSİUMU BP VARİANTINI İSTİFADƏ ETSƏ...

Əgər martın sonuna qədər "Şahdəniz" qaz yatağının işlənilməsinə dair Konsorsium Azərbaycan qazının ixracı üçün digər boru kəməri seçə bilməsə, vaxt udmaq və qalan digər məsələləri həll etmək üçün BP Cənub-Şərqi Avropa qaz kəmərindən (SEEP) istifadə etməyi təklif edir. Bu barədə BP-nin "Şahdəniz" layihəsi üzrə marketinq-meneceri Stiv Qarlikə istinadən Reuters agentliyi məlumat verib.

SEEP - Cənub qaz dəhlizi üçün əsas resurs bazası olacaq Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin operatoru olan BP-nin təklif etdiyi variantdır.

Cənub-Şərqi Avropa qaz kəməri 2018-ci ildən başlayaraq ildə 10 mlrd m3 həcmdə qazı artıq mövcud olan qaz kəmərləri ilə əvvəlcədən maqistral boru kəmərləri ilə birləşən Bolqarıstan, Rumüniya, Macarıstan, Serbiya və Xorvatiyaya nəqlini həyata keçirməyi nəzərdə tutur.

Qarlik həmçinin ümid edir ki, "Şahdəniz" konsorsiumu qaz ixracı üçün bir neçə həftə ərzində boru kəmərini seçə bilər və əlavə edib ki, konsorsium bütün mövcud təklifləri nəzərdən keçirir, ancaq bütün layihələrin öz riskləri var və onların bir qədər işlənilməsinə ehtiyac var.

Hazırda Azərbaycan öz qazının Avropa bazarlarına çıxarılması üçün müxtəlif variantları nəzərdən keçirir.

2011-ci ilin oktyabrın 1-də Transatlantik boru kəməri, (TAP), Nabucco və ITGI layihəsi Azərbaycan tərəfinə son təkliflərini təqdim edib və Azərbaycan tərəfi əvvəlcədən elan edilmiş kriterilərə uyğun olaraq onları nəzərdən keçirəcək.

Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin son bəyanatlarına əsasən, daha üstün nəql marşrutu barədə qərar 2012-ci ilin I rübünün sonuna qədər qəbul ediləcək.


Geri qayıt