Əsas Səhifə > Partiya > HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ


27-01-2012, 14:16
HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

PƏNAH HÜSEYN YENƏ DƏ ÖZ AMPLUASINDADIR

ABŞ-ın “Human Rights Watch” təşkilatı Avropa Birliyinin insan haqlarının pozuntularına səssiz qalması ilə bağlı tənqidi bəyanat yayıb. Bəyanatda bildirilir ki, AB-nə daxil olan 9 ölkədə insan haqlarının pozulmasına qarşı ciddi şəkildə laqeydlik mövcuddur. Siyahının başında isə Fransa yer alıb.

“Avropa Birliyi bu cür total xarakterli insan haqlarının pozulması qarşısında niyə susur” sualını cavablandıran AXP lideri Pənah Hüseyn, dünyanın bir çox ölkələrində insan haqları ilə bağlı ikili standartların nümayiş olunduğunu bildirdi: “Bir neçə müddət bundan öncə Fransada hicabla bağlı qadağa tətbiq olunub. Belə qadağalar Azərbaycanda və bir sıra ölkələrdə də mövcuddur. Hər halda Fransa tərəfindən son vaxt bu tip qanunların qəbul edilməsini insan haqlarının pozulması kimi dəyərləndirilməlidir. Bu hallar inkişaf etmiş demokratik cəmiyyətlərdə də müşahidə olunur.”

İnkişaf etmiş ölkələrdə baş verən bu hadisələrin avtoritar rejimlərdə baş verməsi ilə müqayisə etməyin yanlış olduğunu söyləyən Pənah bəy, “bu o demək deyil ki, Fransada nəyəsə qadağa mövcuddursa, Azərbaycanda da belə olmalıdır”, - deyə bildirdi: “Bəzi vaxtlar bizim iqtidar əndrəbadi müqayisələrlə cəmiyyətdə təbliğat apararaq, orta əsr səviyyəli məsələlərə haqq qazandırmaq istəyirlər”.


Geri qayıt