Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN AZƏRBAYCANDA ÇİRKLİ PULLARINI NECƏ YUYUR?

İRAN AZƏRBAYCANDA ÇİRKLİ PULLARINI NECƏ YUYUR?


12-11-2013, 10:15
İRAN AZƏRBAYCANDA ÇİRKLİ PULLARINI NECƏ YUYUR?
İran diplomatlarının xəfiyyə, diplomat yoxsa tacir olduqlarını çözmək çox müşkül məsələdir. Elə götürək, Faradoun Kuseqdı Heydaralınını. Bir vaxtlar İranın Azərbaycandakı səfirliyində mühüm vəzifə tutan bu diplomat indi MDB səviyyəsində İranı təmsil etsə də, biznesmenliyindən qalmır.

«Azerinfo.org»a məlumat verən mənbənin sözlərinə görə, Faradoun Kuseqdı Heydaralının Azərbaycanda ciddi biznes əlaqələri mövcuddur.

Bakıdakı biznesini imişlili iş adamlarına həvalə edən Heydaralının özü də tez-tez paytaxtımıza təşrif buyurur. Maraqlıdır ki, İran İslam Respublikasının səlahiyyətli nümayəndəsi Bakıda olarkən onu məscidlərdən daha çox eyş-işrət yuvası olan istirahət mərkəzlərində görmək olur. Ancaq bu görüş hamının bildiyi istirahət mərkəzlərində olmur. Nə qədər də olsa, Faradoun Kuseqdı Heydaralı açıq əylənməkdən çəkinir.

Bu səbəbdən də onu daha çox Dərnəgüldəki tikinti materiallarının satıldığı bazar tərəfdə olan, çox adamın ayaq basmadığı, azyaşlı qızların «xidmət etdiyi» restoranda görmək olur.

Faradoun Kuseqdı Heydaralının fəaliyyəti ilə bağlı «azerinfo.org»u bilgiləndirən mənbə onu da qeyd etdi ki, onun bu gün Azərbaycanda müxtəlif biznes sahələrində çalışan iş adamları ilə əlaqələri mövcuddur. Hətta bu gün ciddi bizneslə məşğul olan bir neçə şəxs var ki, onlar Faradoun Kuseqdı Heydaralının işini görürlər.

Məlumatlı mənbə həmin biznesmenlərin İranın kəşfiyyat orqanları ilə də əlaqəsinin ola biləcəyinə diqqət çəkdi. Onun sözlərinə inansaq, bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox tikinti maqnatları, tikinti mateallarının biznesi ilə məşğul olan şəxslər vardır ki, onlar İran kəşfiyyatına xidmət edirlər. Məhz onların vasitəsi ilə İran Azərbaycandan çirkli pulları yumaq üçün istifadə edir. Eyni zamanda İrana qarşı böyük nəzarət olduğundan, İran xaricdəki emissarlarının gizli bank hesablarına Faradoun Kuseqdı Heydaralı, Əhəd Qəzayi kimi diplomatlarının vasitəsi ilə öz himayəsinə aldığı azərbaycanlı iş adamlarının bank hesablarından pul köçürür.

Heydaralının məşhur müğənni Yaqub Zurufçu ilə əlaqələrinə gəlincə, mənbə bildirir ki, Yaqub bəy nə qədər «aman ayrılıq» desə də, qəlbən İrana bağlıdır. Bu səbəbdən də müğənninin Faradoun Kuseqdı Heydaralı ilə Bakıda xeyli sərgüzəştlərinin olduğu söylənilir. Eyni zamanda bu iki şəxsin arasında biznes əlaqələrinin olduğu da vurğulanmaqdadır.

Geri qayıt