Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QƏRİB MƏMMƏDOVUN İŞÇİSİNƏ QARŞI ŞOK İTTİHAM
QƏRİB MƏMMƏDOVUN İŞÇİSİNƏ QARŞI ŞOK İTTİHAM12-11-2013, 10:29 |
Dövlət Torpaq Komitəsinin sərdi Qərib Məmmədovun rayonlarda olan şöbə mudirlərinə nəzarət edə bilmədiyi barədə mətbuatda dəfələrlə məlumat verilib. Amma çox təəssüflər olsun ki, bu illər ərzində Qərib Məmmədovun kard islahatları aparmasının şahidi olmamışıq. Komitənin elə rayon şöbəsinin rəhbəri var ki, 15 ildir bu postu tutur və torpaqları qarış-qarış həzmrabedən keçirir, hətta pay torpaqlarını belə satır. Bəzən elə xəbərlər də alırıq ki, buna ad qoymaq mümkün deyil. Özbaşınalıq, savadsızlıq yoxsa nə? Belə ki, Bizimxeber.az-a Cəlilabad rayon sakinlərinin verdiyi məlumata görə, Torpaq Komitəsinin Cəlilabad rayon şöbəsinin müdiri Sabir Ağayev olduqca maraqlı bir addım atıb. Rayondakı torpaqları qarış-qarış satan, bu pullarla rayonda özünə böyük biznes şəbəkəsi quran Qərib Məmmədovun bu qanunlarısaymaz işçisi indi də dövlətə məxsus ştamp və möhürü evində gizlədib. Məlumatda qeyd olunur ki, S.Ağayev bir neçə gündür məzuniyyətdədir. Onun vəzifələrini şöbə müdirinin müavini “icra” edir. Amma idarəyə məxsus möhür və ştamplar S.Ağayevin evində olduğu üçün idarə demək olar ki işləmir. İdarənin işi dayanıb. Rayon Torpaq Şöbəsinə müraciət edən vətəndaşlara isə “gözləyin” deyilir. “Nəyi gözləyək” sualının cavabı belə olur – ” Sabir Ağayev məzuniyyətdədir, möhür və ştampı özü ilə evdə gizlədib. Onun işə çıxmasından sonra sənədlərə imza atılacaq, möhür vurulacaq”. Hansı ki, məzuniyyətdə olan idarə müdinini səlahiyyətləri onun müavinə verilir. Bax bu da dünyada analoqu görünməyən qanun pozuntusu. S.Ağayev anlamır ki, idarəyə məxsus möhür və ştampı evdə gizlətmək cinayət məsuliyyəti sayılır. Bu Cinayət Prossesual Məcəllənin müvfiq maddəsi ilə tənzimlənən haldır. Kim ona səlahiyyət verib ki, dövlət əmlakı sayılan və dövlət tərəfindən qorunan möhür və ştampı evində saxlasın. Hər halda bu Qərib Məmmədovu işinə nəzarəti itirməsindən irəli gəlir. Əks təqdirdə S.Ağayev bu hərəkəti ilə qanun qarşısında mısuliyyət daşıdığının fərqinə varar və möhur və ştampı idarədə qoyardi… Geri qayıt |