Əsas Səhifə > Partiya > DİNDAR MƏHBUSUN VƏKİLİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
DİNDAR MƏHBUSUN VƏKİLİ PREZİDENTƏ MÜRACİƏT ETDİ12-11-2013, 13:01 |
İslamçı məhbus Rufulla Axundzadənin vəkili Anar Qasımlı onun səhhətiylə bağlı həbsdən azad olunması üçün prezidentə müraciət edib. “Media forum” saytına açıqlamasında vəkil deyib ki, müalicə müəssisəsinə yerləşdirilən Rufulla Axundzadənin səhhəti kəskin pisləşib. Vəkil bildirib ki, məlumatı məhbusun ailə üzvlərindən alıb: “Rufulla Axundzadə dərhal azadlığa buraxılmasa, onun həbsxanadan sağ çıxacağına ümid azalacaq. Ondan dəfələrlə əfv ərizəsi yazmasını istəyiblər, amma o, bundan imtina edib. Rufulla Axundzadənin həbsdən azad olunması yalnız prezidentin iradəsinə bağlıdır”. Vəkil media vasitəsilə dövlət başçısına müraciətində bildirib: “Cənab prezident, sizdən xahiş edirəm Rufulla Axundzadəni azad edin, yoxsa, o, türmədə ölə bilər”. Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb. Nizami Rayon Məhkəməsi islamçı məhbusun səhhətinə görə azad olunmaqla bağlı vəsatətini iki dəfə geri qaytarıb. Geri qayıt |