Əsas Səhifə > Güney Press, Araşdırma > ŞİRVANDA KİTABXANANI BANK EDİBLƏR

ŞİRVANDA KİTABXANANI BANK EDİBLƏR


12-11-2013, 13:06
ŞİRVANDA KİTABXANANI BANK EDİBLƏR
Azərbaycanda mədəniyyət sahəsində islahat adı altında, dövlətə məxsus obyektlərin böyük əksəriyyəti ayrı-ayrı məmurlar tərəfindən müxtəlif fərqli təyinatlarda istifadə olunur. Bakıda və Sumqayıtda kitabxana və mədəniyyət evlərinin iaşə obyektlərinə çevrilməsi isə bunun əyani sübutlarındandır.

Jam.az-a daxil olan məlumatlarda isə Şirvan şəhərində bu sahədə durumun dəhşətli olduğu bildirilir. Həmin məlumatlarda vurğulanır ki, Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsi sözün həqiqi mənasında dövlət əmlakını öz dədə mülki kimi idarə edir. Şöbənin müdiri Əziz Abbasovun uzunmüddətdən bəri idarə etdiyi bu sahəni bazara çevirməsindən dolayı, bu gün şəhərdə normal mədəniyyət ocağı tapmağın mümkün olmadığı deyilir. Buna misal olaraq, Şirvanda əksər mədəniyyət obyektlərinin şəxsi əmlak kimi icarəyə verildiyi də vurğulanır. Məsələn, bir zamanlar şəhərin məşhur Asudə Vaxt Mərkəzi insanların səmərəli istirahət etmələri üçün ən yaxşı yerlərdən biri hesab olunurdu. Lakin Əziz Abbasov həmin mərkəzi mebel dükanına çevirib. Daha doğrusu, Asudə Vaxt Mərkəzi mebel dükanlarından birinə icarəyə verilib.

Bir başqa misal kimi isə Şirvan şəhər Mərkəzi Kitabxanasının üzləşdiyi aqibətdir. Belə ki, bu binanın yarısı Rabitə Bankın yerli filialına icarəyə verilib.

Doğrusu, dövlət obyektinin bu şəkildə icarəyə verilməsinin necə həyata keçirildiyi və bunun necə sənədləşdirildiyi bizə hələ də qaranlıq olaraq qalır. Çünki Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu obyektlərin mebel dükanı edilməsi və ya bank filialına verilməsinin hər hansı bir hüquqi mexanizmi olmalıdır. Başa düşülən odur ki, Şirvan Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasov bütün hüquq və qaydaları bir kənara qoyaraq, dövlət əmlakını şəxsi mülk kimi idarə edir və bu səbəbdən də heç nədən çəkinmədən dövlət obyektlərini icarəyə verməyi bacarır.

Geri qayıt