Əsas Səhifə > Güney Press, Araşdırma > VƏKİL KEÇMİŞ ABU REKTORUNU QƏTLDƏ İTTİHAM ETDİ
VƏKİL KEÇMİŞ ABU REKTORUNU QƏTLDƏ İTTİHAM ETDİ12-11-2013, 13:08 |
E.Abdullayevin sözçüsü Elnur Məcidli Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin məhkəmədə ifadə verməsindən danışıb... G.Əhmədova isə bir neçə dəfə E.Abdullayevi məhkəməyə gəlməyə çağırıb. E.Abdullayevlə əlaqəsi olan Elnur Məcidli isə bu dəfə açıqlamasında bildirib ki, sabiq rektor ifadə verməyə hazırdı: “Elşad Abdullayevin indiki şəraitdə Azərbaycana gəlməsi inandırıcı deyil, lakin məhkəməyə ifadə verə bilər. Onun mətbuatdakı çıxışlarından məhkəmə faydalana bilər. Elşad Abdullayev öz ifadəsini verməyə qarşı deyil, Parisdə də bu baş tuta bilər”. E.Məcidlinin sözlərinə görə, İstintaq Komissiyasının üzvləri Parisdə Elşad Abdullayevdən ifadə almaq istəyiblər: “Müstəqil İstintaq Komissiyasının bir neçə üzvü daha öncə Parisə gəlib Elşad Abdullayevdən ifadə almaq istədiklərini bildirdilər. O da buna etiraz etmədi. Lakin həmin şəxslər bura gəlmədilər”. Tanınmış vəkil Ramiz Zeynalovun isə bu barədə sözü kəsə oldu: ""ELŞAD ABDULLAYEV AZƏRBAYCANA HƏBS EDİLƏRƏK GƏTİRİLMƏLİDİR!" Vəkil bildirdi ki, "Qardaş qatili olan, on minlərlə tələbənin həyatını şikəst edən, ABU adlı korrupsiya yuvasında cinayətlər törətməklə məşğul olan bir adam tezliklə müttəhim kürsüsündə oturmalıdır və bu tezliklə baş verəcəkdir...! \ tezadlar \ Geri qayıt |