Əsas Səhifə > Cəmiyyət > ZAKİR HƏSƏNOV HANSI GENERALIN İSTEFASINI QƏBUL ETMƏDİ?
ZAKİR HƏSƏNOV HANSI GENERALIN İSTEFASINI QƏBUL ETMƏDİ?12-11-2013, 13:31 |
Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun təqaüdə çıxmaq haqda ərizəsi nazir Zakir Həsənov tərəfindən qəbul edilməyib. Avropa.info-nun Müdafiə Nazirliyindəki mənbədən aldığı məlumata görə, bir neçə gün öncə idarə rəisi rəsmi ərizə ilə nazirə müraciət etsə də , Zakir Həsənov onunla işləmək istədiyini bildirib. Mənbə bildirir ki, Ramiz Nəcəfovu bu addımı atmağa yeni nazirin apardığı kadr islahatları sövq edib. Zakir Həsənovun kadr islahatlarının ondan da yan keçməyəcəyini düşünən general özü işdən azad olunmaq qərarına gəlib. Lakin gözləmədiyi halda yeni nazir onun işində qalmasını istəyib. Mənbə qeyd edir ki, Ramiz Nəcəfov hələ Səfər Əbiyevin nazir olduğu dönəmlərdə də təqaüdə getmək üçün ərizə ilə müraciət edibmiş. Lakin keçmiş nazir də onun istefasını qəbul etməyib. Geri qayıt |