Əsas Səhifə > Sosial, Manşet > FÜZULİ ƏLƏKBƏROV YENİDƏN VƏZİFƏYƏ GƏLMƏK İSTƏYİR?

FÜZULİ ƏLƏKBƏROV YENİDƏN VƏZİFƏYƏ GƏLMƏK İSTƏYİR?


12-11-2013, 13:46
FÜZULİ ƏLƏKBƏROV YENİDƏN VƏZİFƏYƏ GƏLMƏK İSTƏYİR?
ONUN YA ÖZÜ, YA DA QARDAŞI ÜÇÜN DANIŞIQLARA BAŞLADIĞI DEYİLİR

DİA.AZ: - «Bir sıra nazirliklərdə kadr islahatlarının həyata keçiriləcəyi xəbəri yayılandan vəzifə başına keçmək istəyənlər də hərəkətə keçib». Bildirək ki, bu məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan ötürülüb. Məlumatı verən mənbə iddia edir ki, hətta nazir müavini ola bilməsi üçün bu gün bir çox dairələrin qapılarını ldöyənlər də var.

Mənbənin söylədikləri: «Məsələn, bu günlərdə vəzifəsindən azad edilən Füzuli Ələkbərovun belə yenidən vəzifəyə gələ bilməsi üçün müəyyən çevrələrlə danışıqlar apardığı məlum olur. Doğrudur, onun qələminin qırıldığı deyilir. Amma Füzuli Ələkbərova arxa duranlar da var».

Mənbəmiz iddia edir ki, amma Füzuli Ələkbərovun üsyan nəticəsində vəzifəsindən alınan, bir zamanlar İsmayıllı rayonuna rəhbərlik etmiş qardaşı üçün də vəzifə bazarlığında olduğu güman olunur: «Hər halda, Füzuli Ələkbərov bu hakimiyyət üçün yad bir adam deyil və onun hansı dairələrlə danışmağın vacib olduğunu bilməsi gözləniləndir. Artıq belə bir danışıqlar aparılır. Və ola bilsin ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri özü üçün yox, qardaşı üçün danışıq aparsın».

Geri qayıt