Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FERMERLƏRƏ QƏNİM KƏSİLƏN KİMDİR?
FERMERLƏRƏ QƏNİM KƏSİLƏN KİMDİR?13-11-2013, 09:34 |
"AQROLİZİNQ" SƏDRİNƏ QARŞI ŞOK YEYİNTİ İTTİHAMI “2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı”nın 4-cü ilinin yekunlarına dair müşavirədə prezident İlham Əliyev xaricdən Azərbaycana gətirilən texnikaların yüksək qiymətə alındığını, bu sahədə şəffaflığa nail olunmadığını söyləmişdi. “Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik”, -deyən ölkə rəhbəri bu nöqsanların tezliklə aradan qaldırılması barədə aidiyyəti qurumlara tapşırıq vermişdi. Lakin dövlət başçısının bu dediklərinə əhəmiyyət verməyib özləri üçün sərvət toplayan məmurlar Azərbaycanda kifayyət qədərdir. Belə məmurlardan biri eks nazir İsmət Abbasovun “sağ” əli kimi tanınan, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovla bağlı ilginc məlumatlar daxil olub. Tia.az-a daxil olan məlumatlarda bildirilir ki, son illər ərzində “Aqrolizinq” ASC-sədri və müavini Elçin Mirzəyev misli-bərabəri olmayan korrupsiya əməliyyatlarına imza atıb. Bu barədə mənbənin redaksiyamıza dediklərindən belə aydın olur ki, Əli Bayramov və Elçin Mirzəyev tək kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və mator yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitləri mənimsəyir. Yada salaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilirməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən edilir. Lakin Elçin Mirzəyevin həmin yardımları su içmək kimi mənimsəyir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda “Aqrolizinq” ASC-nin sədri və müavini vəsaitin verilməsi qaydaları və şərtlərinə əl gəzdirir. Proses təxminən belə baş verir. İstehsalçıların siyahısını tərtibi zamanı analoqu olmayan rəqəmlər göstərilir. Bundan sonra istehsalçıların becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir. Ümumiyyətlə isə dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının ödənilməsinin təmin edilməsi üçün 80 milyon manat pul ayrılır. Amma həmin milyonlar təyinatı üzrə xərclənmir. Növbəti günlərdə “Aqrolizinq” ASC rəhbərinin regionlarda fəaliyyət göstərən filal müdirləri ilə də birgə imza atdığı qanunsuzluqları da diqqətinizə çatdıracayıq. Geri qayıt |