Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞCABƏDİDƏ İXTİSASA GÖRƏ YIĞILAN HAQQ DƏYİŞİR

AĞCABƏDİDƏ İXTİSASA GÖRƏ YIĞILAN HAQQ DƏYİŞİR


13-11-2013, 10:16
AĞCABƏDİDƏ İXTİSASA GÖRƏ YIĞILAN HAQQ DƏYİŞİR
Ağcabədi Mərkəzi Xəstəxanası ilə Səhiyyə Nazirliyi arasında əldə olunmuş anlaşmaya əsasən 17 min manatlıq «reklam oyununa» start verilib. JAM.AZ xəbər verir ki, nazirlik baş həkim Novruz Abbasovdan 17 min manat pul yığılaraq, reklam şirkətinə verilməsini tələb edib. O da öz növbəsində həmin pulu toplamaq üçün həkimlərdən aylıq haqq tələb etməyə başlayıb.

JAM.AZ-a verilən məlumata görə, baş həkimin həkimlərdən tələb etdiyi aylıq haqq ixtisaslar üzrə dəyişir. Ümumi siyahı isə aşağıdakı kimidir:
- Burun-boğaz həkimi (lor) - aylıq 500 manat;
-Cərrahlar - 1300 manat;
-Baş həkimin müavini- 1300 manat;
- Sanitar işçilər - 100 manat;
- Şöbə müdirləri: 1200-1500 manat;

Apardığımız araşdırmalar nəticəsində Səhiyyə Nazirliyinin pul verdirmək istədiyi reklam şirkətinin kimə məxsus olduğu və adının necəliyini müəyyənləşdirə bilmədik. Bununla bağlı araşdırmamız davam edir.

Geri qayıt