Əsas Səhifə > Sosial, Manşet > İKİ ÖZƏL ALİ MƏKTƏB NAZİRİN «QARA SİYAHISINDA»
İKİ ÖZƏL ALİ MƏKTƏB NAZİRİN «QARA SİYAHISINDA»13-11-2013, 11:27 |
MİKAYIL CABBAROVUN GÖSTƏRİŞİ İLƏ NAZİRLİKDƏ MƏXFİ HEYƏT YARADILIB DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarov qarşıdan gələn qış imtahan sessiyası zamanı əsasən özəl ali məktəblərdə rüşvətin qarşısının alınması üçün xüsusi tədbirlər planı hazırlayıb. Bu barədə DİA.AZ-a TN-dəki qaynaqlar informasiya ötürüb. Məlumatı verən mənbə iddia edir ki, Mikayıl Cabbarovun göstərişi ilə az qala məxfi hesab olunacaq bir heyət formalaşdırılıb: «Həmin heyətin əsas missiyası həm TN-nin «qaynar xətti»nə rüşvətlə bağlı faktların yerindəcə araşdırılmasından, həmçinin bu kimi halların müstəqil qaydada müəyyənləşdirilərək, təldbirin görülməsindən ibarətdir». Mənbəmiz iddia edir ki, bu heyətin işinin yekununa uyğun olaraq hətta bəzi ali məktəblərin lisenziyalarının ləğvi belə nəzərdə tutulub: «Artıq iki özəl ali məktəb nazirin «qara siyahısına» düşməyə «müvəffəq olub». Və əgər «məxfi komissiya»nın işinin yekunu da onlara qarşı qərarla bitəcəksə, o zaman AMU, ABU və digər özəl ali məktəblərin «basdırıldığı» qəbirstanlığın yolçularının sırası genişlənə bilər». Geri qayıt |