Əsas Səhifə > Güney Press, Araşdırma > FİZULİ ƏLƏKBƏROVUN KADRLARI HƏDƏFDƏ

FİZULİ ƏLƏKBƏROVUN KADRLARI HƏDƏFDƏ


13-11-2013, 11:30
FİZULİ ƏLƏKBƏROVUN KADRLARI HƏDƏFDƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başına yencə keçən Səlim Müslümov «qılıncı»nı əlinə alaraq, keçmiş nazirdən qalan kadrları «doğramağa» başlayıb. TİA.AZ xəbər verir ki, artıq yeni nazir 11 rayonda total yoxlamaların aparılması ilə bağlı qəti göstəriş verib və proses başlayıb.

Əldə etdiyimiz məlumatlara görə, yeni nazirin tapşırığı ilə İmişli, Beyləqan, Füzuli, Masallı, Biləsuvarda ƏƏSMN-in yerli şböələrində yoxlamalar başlayıb. Adları çəkilən rayonlardakı qurumların rəhbərləri hər an işdən çıxarıla biləcəklərini düşünürlər. Elə buna görədir ki, bəziləri yıxan adamlarını başına yığaraq, onlardan ehtiyat üçün pul toplamalarını istəyiblər. Görünür, əlverişli məqam yarandığı təqdirdə onu nazirliyə ötürməyə cəhd edəcəklər.

Gələn xəbərlərdə vurğulanır ki, yoxlamalar yaxın günlərdən etibarən Tərtər, Goranboy və Ucar rayonlarını da əhatə edəcək. ƏƏSMN-in bu rayonlardakı şöbələrinin rəhbərləri isə indidən hazırlıqlarını görüblər və gələn yoxlamanı da layiqincə qarşılayacaqlar.

TİA.AZ xəbər portalına verilən son məlumatlara görə isə yoxlama aparılan ƏƏSMN-nin Ağcabədi rayon şöbəsində isə işdən çıxmalar könüllü şəkil almağa başlayıb. Belə ki, şöbənin müdiri artıq istefa verib. Digər işçilər də vəziyyətə uyğun şəkildə hərəkət etməyə çalışırlar.

Geri qayıt