Əsas Səhifə > Partiya > "ƏVVƏL TAMAM BAŞQA SİTUASİYA İDİ"

"ƏVVƏL TAMAM BAŞQA SİTUASİYA İDİ"


13-11-2013, 12:41
"ƏVVƏL TAMAM BAŞQA SİTUASİYA İDİ"
“Milli Şurada sədrlik üstündə hər hansı bir dava getmir. “Bu fikri Hafta.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, Milli Şura Cəmil Həsənlinin sədr olmasını yekdilliklə dəstəkləyir: “Həmsədrlik institutunun yaradılması ilə bağlı fikirlər səsləndirilir. Düşünürəm ki, buna ehtiyac yoxdur. Ümumiyyətlə, Milli Şurada bir sədrin olması kifayətdir. Ya Rüstəm İbrahimbəyov özü sona qədər sədrlik etsin, ya da onun vahid namizəd kimi irəli sürdüyü Cəmil Həsənli sədr olsun. Cəmil Həsənlinin sədr olmasına Milli Şurada heç bir etiraz yoxdur”.

Rüstəm İbrahimbəyovun siyasətçi olmadığını vurğulayan başqan müavinin fikrincə, xaricdən Milli Şuranı idarə etmək mümkünsüzdür:
“Xaricdən müəyyən işləri görmək mümkündür, ancaq Milli Şuranın qarşısına qoyduğu məqsədləri xaricdən idarə etmək kifayət qədər çətin bir işdir. Siyasətlə məşğul olmayan, siyasətçi olmayan bir insanın bu kimi ağır məsuliyyəti kənardan idarə etməsi mümkün deyil. Rüstəm İbrahimbəyovun əsas işi siyasət deyil”.

Bir vaxtlar Rüstəm İbrahimbəyovun sədr seçilməsinin səbəbini Gülağa Aslanlı o zamankı siyasi situasiya ilə əlaqələndirdi:
“Əvvəl tamam başqa bir stuasiya idi. Çünki Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi və vahid namizəd olması gözlənilirdi. Eyni zamanda, o zaman siyasi vəziyyət başqa idi. Seçkilər ərəfəsi idi. İndi isə tamam başqa siyasi stuasiyadayıq. Ümumiyyətlə, bu məsələlər Quran ayəsi deyil ki, bir dəfə deyilsin və dəyişilməz olaraq qalsın. Siyasət mümkün olanın həyata keçirilməsi deməkdir”.

Seçkilərdə məğlub olan bir qurumun fəaliyyətini nə zamana qədər davam edəcəyinə isə başqan müavininin açıqlaması belə oldu: “Əgər qurumun qarşısına qoyduğu məqsəd ölkədə dəyişikliyə nail olmaqdırsa, demək Milli Şura məqsədlərinə nail olana qədər mübarizədən əl çəkməyəcək”.

Geri qayıt