Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: ƏƏSMN-DƏ BÜTÜN KADRLAR İŞDƏN ATILACAQ

ŞOK: ƏƏSMN-DƏ BÜTÜN KADRLAR İŞDƏN ATILACAQ


13-11-2013, 13:23
ŞOK: ƏƏSMN-DƏ BÜTÜN KADRLAR İŞDƏN ATILACAQ
SƏLİM MÜSLÜMOV ÖZ ADAMLARINI GƏTİRİR

DİA.AZ: - Fizuli Ələkbərovdan sonra əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Səlim Müslümovun kadr islahatları aparacağı haqda xəbərlər neçə müddətdir ki, dolaşmaqdadır. Bununla bağlı DİA.AZ-a maraqlı məlumatlar daxil olub.

Mötəbər mənbənin verdiyi xəbəri olduğu kimi diqqətinizə təqdim edirik: «Səlim Müslümovun adından ƏƏSMN-nin bütün rayonlardakı şöbələrinin rəhbərlərinə xəbərdarlıq edilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Səlim Müslümov bu gün keçmiş postunun - Dövlət Sosial Müdafiə Fondunun ləğvini ən çox arzulayanlardan biridir. Və ona görə də bu gün DSMF-dəki əksər kadrların ƏƏSMN-nə transferi gözlənilir. Yəni Səlim Müslümov əslində Fizuli Ələkbərovun bütün adamlarını dəyişməyi planlaşdırır və onları DSMF ləğv edildikdən sonra işsiz qalacaq öz kadrları ilə əvəzləyəcək».

Mənbə iddia edir ki, hələlik DSMF-nin ləğvi ilə bağlı qəti qərar verilməsə də, bu plan üzərində ciddi şəkildə işlənilir.

Geri qayıt