Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇİNDƏ MÖVQE DAVASI QIZIŞIR
HAKİMİYYƏT İÇİNDƏ MÖVQE DAVASI QIZIŞIR30-01-2012, 10:26 |
RAMİZ MEHDİYEV YAVƏR CAMALOVUN QARDAŞINA NİYƏ “STAVKA” EDİR? DİA.AZ: - Bir zamanlar Azərbaycandakı əmlakını satışa çıxarması barədə məlumatlarını yaydığımız sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevə hakimiyyət dairələrindən təklif gəlib. Hakimiyyət içindəki mötəbər mənbələrdən “Gündəm Xəbər” redaksiyasına çatan məlumatlara görə, keçmiş nazirdən Şirvan şəhərinin icra başçısı olması istənilib. Lakin o, bu təklifdən imtina edib. Məlumatı verən mənbə bildirir ki, belə bir təklifin Heydər Babayevə verilməsi səbəbsiz olmayıb. Onun sözlərinə görə, son dövrlər ölkədə yaşanan gərginliklər hakimiyyətdə ciddi narahatlıqlar yaratmaqdadır. Vəziyyətin daha da gərginləşəcəyi və hadisələrin «ərəb baharı»nı dönə biləcəyi qorxusu iqtidar mənsublarının diqqətini ölkənin aparıcı şəhərlərinə yönəldib. Mənbə iddia edir ki, Şirvanda vəziyyətin getdikcə pisləşməsi və hazırda icra başçısı, Müdafiə sənayesi nazir Yavər Camalovun qardaşı Mərdan Camalovun şəhəri idarə edə bilməməsi narahatlıq yaradıb. Gəncə və Sumqayıtdan artıq arxayın olan hakimiyyət, daha bir böyük şəhərin nəzarətini əlində saxlamaq üçün Heydər Babayevə üz tutub. Amma sabiq nazir işlərinin çoxluğunu bəhanə edərək təklifi geri çevirib. Xatırladaq ki, indiyə qədər Azərbaycanda nazirin icra başçısı olması təcrübəsi bir neçə dəfə yaşanıb. Hal hazırda Beyləqanın icra başçısı İrşad Əliyev bir zamanlar kənd təsərrüfatı naziri postunda çalışıb. Onu da bildirək ki, Şirvanın icra başçısı postunu tutan Mərdan Camalıova başqa bir vəzifənin veriləcəyi bildirilir. Xatırladaq ki, o, hələ də Bakı meri vəzifəsinə ən şanslı aday hesab olunur ki, bu işdə də qardaşının prezidentlə yaxın münasibətləri əsas şərt kimi qəbul edilməkdədir. Mənbəmiz bildiri ki, Heydər Babayevin rədd cavabı verməsinə baxmayaraq Şirvanda icra başçısı postunda dəyişiklik ediləcək. Xatırladaq ki, hələ xeyli əvvəldən bir neçə rayonun icra başçısının vəzifədən çıxarılacağını söyləmişdik və indi bu məlumatımız da təsidqlənir. Xəbərə görə, Yavər Camalovun qardaşını Nazirlər Kabinetinə və yaxud da Prezident Administrasiyasına gətirmək planı var. Qeyd edək ki, son zamanlar PA daxilində bir gərginlik yaşanılır və PA rəhbəri Ramiz Mehdiyev ona qarşı olan daxili qüvvələrlə haqq-hesab firkrinə düşüb. Bu barədə yayılan xəbərlərdə deyilirdi ki, Mehdiyev əsas rəqiblərindən biri kimi dəyərləndirdiyi PA-nın digər şöbə müdiri Əli Əsədovu Hacıbala Abuatalıbovun yerinə göndərilməsi üçün dəridən-qabıqdan çıxır və düşünür ki, bu yolla əsas rəqibini zərərsizləşdirmiş olacaq. Ona görə də PA rəhbəri İlham Əliyevlə gözəl münasibətlərdə olan Yavər Camalova da qardaşının PA-ya – Əli Əsədovun yerinə şöbə müdiri gətirilməsi ideyasını aşılamaqdadır. Əlis Əsədov isə qeyd etdiyimiz kimi, Bakı şəhər İcra Hakimiyyətinin başçısı getməlidir. Mövzu diqqətimizdədir... Geri qayıt |