Əsas Səhifə > Sosial, Manşet > İŞÇİLƏRİ SƏLİM MÜSLÜMOVU HƏDƏFƏ GƏTİRİB

İŞÇİLƏRİ SƏLİM MÜSLÜMOVU HƏDƏFƏ GƏTİRİB


30-01-2012, 10:31
İŞÇİLƏRİ SƏLİM MÜSLÜMOVU HƏDƏFƏ GƏTİRİB

DSMF SİSTEMİNDƏ KORRUPSİYANIN TÜĞYAN ETMƏSİ ADI HALA ÇEVRİLİB

DİA.AZ: - Neftçala rayonunda vəziyyət günü-gündən ağırlaşır. Rayonda kim nə istəyir onu da edir. Korrupsiya, rüşvət, vətəndaşların incidilməsi halları artıq pik nöqtəyə çatıb. Rayondakı idarə-müəssisələrin rəhbərləri açıq şəkildə bu açıq bazarda at oynadır. Ən kritik vəziyyət isə Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsindədir. Öncə onu qeyd edək ki, bu şöbənin rəhbəri Fətalı Manafovdur. Rayonda böyük biznesmen kimi tanınan Fətalı Manafov vətəndaşlardan açıq şəkildə rüşvət istəməkdən belə çəkinmir. Ən qəribəsi odur ki, Fətalı Manafov çəkinmədən bildirir ki, Neftçala Sosial Müdafiə Fondundan yığılan pullar yuxarı, daha doğrusu, Səlim Müslümova göndərilir.

Buna görə də rüşvətsiz bir iş görə bilməz. Hətta Sosial Müdafiə Fondundakı nazir müavinlərini eşitməyən və onların sözünü yerə salan Fətalı Manafov konkret olaraq Səlim Müslümovu tanıdığını deyir.

Maraqlıdır, görəsən, Səlim Müslümovun bu adamın əməllərindən xəbəri varmı? Əgər varsa, bəs onda Azərbaycan prezidenti İlham Əliyevin «korrupsiyaya son qoyun» göstərişləri niyə nəzərə alınmır və qulaq ardına vurulur? Niyə Səlim Müslümov bu kimi faktlara susur? Niyə Fond rəhbəri bu məsələni araşdırmaq istəmir? Səbəb nədir, Səlim müəllim. Fətalı Manafov düzmü deyir?

Həmçinin, Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümova bir sual ünvanlamaq yerinə düşür.

Çox hörmətli, Səlim müəllim, Fətalı Manafovu Neftçala Sosial Müdafiə Fonduna şöbə müdiri təyin edərkən niyə onun kim olduğunu araşdırmırdınız? Niyə rayonda hamının biznesmen və korrupsioner kimi tanıdığı Fətalı Manafovu bu posta təyin edirdiz?

Hansı məbləğdə pula bu adamın biznesmen olduğu məsələsinə göz yumulub? Biznesmen hara, məmur hara?

Rayonun mərkəzindəki böyük bir ərazidə ağacları kökündən çıxarıb yerində böyük bir şirniyyat sexi tikdirən, sovet dövrundən qalan böyük çörək sexini müxtəlif yollarla özəlləşdirib insanlara qurdlu undan çəkisi az olan çörəkləri sırıyan bir biznesmen necə Sosial Fondun rayon şöbəsinə müdir təyin olunur?

Bu suallara mütləq aydınlıq gətiriləcək. Yəqin ki, baş prokuror Zakir Qaralova göndəriləcək sorğuda da bu suallara aydınlıq gətiriləcək və konkret araşdırmalar aparılacaq. Təbii ki, mən də İnformasiya Agentliyinin rəhbəri olaraq bu məsələdə baş prokuror Zakir Qaralova və onun əməkdaşlarına bu faktların araşdırılmasında yardımçı olacam.

Çünki Səlim Müslümovun nəzarətində olan rayon şöbə müdirləri doğrudan da açıq bazar açıblar.

Fətalı Manafovun konkret rüşvət faktı. Təsəvvür edin ki, sovet dövründə müxtəlif işlərdə çalışmış insanlar təqaüdə çıxarkən sənədlərində müxtəlif nöqsanlar axtarılır, bəhanələr gətirilir, onlardan açıq formada 500-1000 manat rüşvət tələb edilir. Bu pulu verməyən adamların stajla bağlı problemləri həll olunmur. Ancaq heç bir stajı olmayanlara müxtəlif yollarla əmək təcrübəsi yazılır.

Onu da bildirək ki, bu arada işçiləri rayonlarda “at oynadan” Səlim Müslümovun vəzifəsindən azad edilərək həbsə alınacağı barədə qəzetimizə növbəti ilginc məlumatlar daxil olub. Ümumiyyətlə, son günlər daha çox hədəfə alınan struktur kimi diqqətə gələni Dövlət Sosial Müdafiə Fondudur. Bu barədə qəzetimizə məlumat verən etibarlı mənbənin sözlərinə görə, DSMF-nin hədəf kimi seçilməsi heç də təsadüfi deyil.

Mənbənin sözlərinə görə, artıq yuxarılar Səlim Müslümovun gedişilə bağlı qərarı çoxdan veriblər: "Bu gün diqqət edirsinizsə, daha çox xalqla təmasda olan bir struktur kimi DSMF-də "təmizləmə" əməliyyatı həyata keçirilir. Bunun təsadüf olmayacağı sonrakı proseslərdən də məlum olacaq".

Mənbə iddia edir ki, bu ilin may-iyun aylarına planlaşdırılan böyük təmizləmə prosesinin ilk qurbanlarından biri də məhz Səlim Müslümov olacaq: "Əgər bu gün Səlim Müslümovun işçiləri korrupsiya ilə bağlı həbsə alınırlarsa, deməli, nəhayətdə bu "korrupsionerlərin rəhbəri" də hədəfə çevrilməlidir".

Mötəbərliliyinə şübhə etmədiyimiz mənbənin sözlərinə görə, DSMF sədrilə bağlı son qərarın elan olunması tezliklə gerçəkləşəcək və Səlim Müslümovun məmur ömrü də bitəcək.

Bununla yanaşı, mənbə qeyd edir ki, bir müddət əvvəl Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun filiallarında yoxlamalar keçirib: "Yoxlamalara başlanılacağı barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov son anda məlumatlandırılıb. Müslümov yoxlamaların bir müddət ertələnməsini istəsə də, Palata rəhbərliyi bunu qəbul etməyib". Mənbənin sözlərinə görə, DSMF sədri Səlim Müslümov son aylardakı çıxışları ilə hökumət daxilində özündən narazılıqları xeyli artırıb. Məsələn, bir müddət əvvəl o, ölkədə fəaliyyət göstərən tikinti və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evləri və restoranlarda muzdla işləyənlərin sayının dövlət məşğulluq və sosial müdafiə orqanlarından gizlədilməsinə dair açıqlama verib, bununla da hökuməti zərbə altında qoymuşdu. Məsələ burasındadır ki, ölkədə muzdla işləyənlərin əsas hissəsi tikinti, nəqliyyat sektoru, şadlıq evi və restoran biznesi sahəsinin payına düşür. Hazırda rəsmi olaraq tikinti sektorunda 230 min nəfər, mehmanxana, şadlıq evləri və restoranlarda isə 49 min nəfər işləyir. Muzdla işləyənlərin hamısı DSMF-də qeydiyyata alınarsa, Fondun büdcə gəlirləri 150 milyon manatadək arta bilər. S.Müslümovun açıqlaması hökumətin yeni iş yerlərinin açılmasına dair çoxillik təbliğatına şübhələri artırıb, bu qədər gəlirlərini gizlədən şəxsin olduğu halda həmin iş yerlərinin nədən ibarət olmasına dair sualları ortaya çıxarıb. Odur ki, mövcud siyasi vəziyyəti nəzərə alaraq, DSMF sədrinin açıqlamaları hökumət üçün qətiyyən arzuedilən sayıla bilməz. Məhz buna görə də artıq S.Müslümovun yuxarıların yanında etibarını tamamilə itirib. DSMF-də yoxlamalara start verilməsi isə onu göstərir ki, artıq S.Müslümov yalnız vəzifəsini itirməklə canını qurtara bilməyəcək...


Geri qayıt