Əsas Səhifə > Dünya > İRAN GÜC NÜMAYİŞİNƏ KEÇİR

İRAN GÜC NÜMAYİŞİNƏ KEÇİR


30-01-2012, 10:38
İRAN GÜC NÜMAYİŞİNƏ KEÇİR

MOLLA REJİMİ YENİ RAKETLƏRİNİ TƏQDİM EDƏCƏK

2012-ci ilin fevralında "Fəcr ongünlüyü" bayramı (İslam inqilabının ildönümü) zamanı İranın istehsal etdiyi qanadlı raketlərin təqdimatı keçiriləcək. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi deyib. Trend-in məlumatına görə, bu barədə İranın İRİNN kanalı xəbər verir.

Vəhidi deyib ki, bundan başqa, "Fəcr ongünlüyü" bayramı münasibəti ilə müdafiə əhəmiyyətli mərmilər, kosmik layihələr, peyk raketləri, bəzi elektronik qurğular və eləcə də dəniz patrul təyyarələrinin təqdimatı keçiriləcək.

Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayramı keçirilir. Bu il "Fəcr ongünlüyü" 1-11 fevralda qeyd olunacaq. Fevral ayının 11-də İslam inqilabının şah rejimi üzərində qələbə qazanmasının 34-cü ildönümü münasibətilə İranın bütün şəhərlərində mitinqlər təşkil olunacaq.

Vəhidinin sözlərinə görə, təqdimatı keçirilən bəzi məhsullar Silahlı Qüvvələrin istifadəsinə veriləcək.


Geri qayıt