Əsas Səhifə > Gündəm, Manşet > İRAN NÖKƏRLƏRİ YENƏ DƏ “ÖLÜM” DEDİLƏR

İRAN NÖKƏRLƏRİ YENƏ DƏ “ÖLÜM” DEDİLƏR


30-01-2012, 10:49
İRAN NÖKƏRLƏRİ YENƏ DƏ “ÖLÜM” DEDİLƏR

PORTALIMIZIN ƏMƏKDAŞLARINA GƏLƏN TƏHDİDLƏRİN ŞOK MƏTNİ

DİA.AZ: - Keçən günlərdə də məlumat verərərk bildirmişdik “Dünya” İnformasiya Agentliyinin əməkdaşları İranın fars-molla rejiminə nökərçilik yolu tutan şəxslər tərəfindən təhdidi edilir. Artıq iki gündür bu təhdidlər artıb.

Onu da bildirək ki, bu iki gün ərzində açıq şəkilda DİA.AZ əməkdaşlarını təhdid edənlərlə bir mesajlaşmamız da olub. Ki, həmin mesajlardan da bu adamların özlərini nə qədər arxayın hiss etdikləri aydın olur. Hər halda yerli hüquq mühafizə orqanlarımız bu şəxslərin müəyyənləşdirib cəzalandırmazsa, o zaman bu kimi əcnəbi kölələrinin həyasızlığı daha da geniş vüsət alacaq.

Beləliklə, həmnin mesajlaşmanı olduğu kimi diqqətinizə çatdırırıq:

Tarix: 29.01.2012 saat 09.23
demir el [email protected]:
“Sizi söznən deyəsən başa salmaq çətindir. Axırıncı xəbərdarlıq olunur sizə. Biraz vicdanınızı oyadın dünyaya yaxşı gözlə baxın. İran indiyə kimi hara hücum edib, amma sionist israil 60 ildir bir milləti qırır. yəqin bunları da görmürsünüz. Bir də bizim qeyrətli prezidentimiz sarkesyanla xizək sürəndən sonra ayrılarında umacağımız olmamalıdır. biraz ağıllı olun”...

Tarix: 29.01.2012 saat 11.55
Bizim cavabımız:
“Sen kimsen ki Bizi basha salmaq isteyirsen. İsrail de İran da Allahin lenetlediyi olkelerdir ve onlarin hec bir ferqleri yoxdur. Sen gozlerini yaxshi-yaxshi ac ve bax.
İran islam dinini istismar edir fars milletciliyi ucun - İsrail de yehudi dini kimi milletci din yaradib. ONLARİN FERQİ VARMİ?
Ona gore de aqilli ol ve Bizi hedelemek kimi gic-gic ishlerle meshqul olmaqdansa - İran mollalarinin teessubunu cekmekdense QARABAQ - TEBRİZ uqrunda savasha hazir ol”...

Tarix: 29.01.2012 saat 17.11
demir el [email protected]:
“Həqiqətən yaxşı deyiblər utanmasan oynamağa nə var. Qarabağı almısan qalıb Təbriz. Elçibəy də sənin kimi deyirdi. Qeyrətimiz olsaydı 20 faiz torpağımızı xilas edərdik. Bir az yatmış vicdanınızı işə salın - İranın dünya ilə 8 illik müharibəsi təcrübəsindən istifadə edib Qarabağı xilas edə bilərik. Heç bir Qərb ölkələrindən kömək olmayacaq. Qonşulara yaxınlaşmaq lazımdır.
Təhdidlərimi də ciddi sayın. Növbəti zərbə ağır olacaq və siz də o zərbələrə tuş gəlməyə namizədsiniz”...

Hər halda bu mesajlaşmadan bizi nə ilə hədələdikləri aydındır. Amma DİA.AZ olaraq bizlər bu şəxslərlə yazışmanı durdurmaqla yanaşı, onlara təkrarən bildiririk ki, sözümüz SÖZDÜR: CANIMIZ BU VƏTƏNƏ FƏDA!

Geri qayıt