Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QALMAQALLI TOY SAHİBİNİ NEFT SAHƏSİLƏ NƏ BAĞLAYIR?
QALMAQALLI TOY SAHİBİNİ NEFT SAHƏSİLƏ NƏ BAĞLAYIR?14-11-2013, 10:37 |
Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə yayılmış bir xəbər bütün gündəmi dəyişmişdi. Əvvəlcə keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun toyundan çəkilmiş fotoşəkil iddiası ilə yayılmış görüntülərin sonradan başqasına məxsus olduğu aydınlaşdı. Çoxlu sayda bahalı “Mercedes -Benz G-Class Gelandewagen” maşınları ilə toy korteci qurmuş şəxs Salyanlı iş adamıdır. Oğlunun toyunda belə bir hoqqa çıxaran işa adamı Qurban Abbasov görüntülərin mediaya sızacağını düşünmürmüş. Lakin sonradan dilə-dişə düşdüyündən peşimanlıq hissi keçirməyə başlayıb. Amma Bizimxeber.az əməkdaşları Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasovun kimliyini, əslində hansı bizneslə məşgul olduğunu, kimin adamı olmasını aydınlaşdırmaq kiçik bir araşdırma aparıb. Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, Hacı Qurban elə də adi biznesmenlərdən biri deyil. Onun mətbuata verdiyi açıqlamalarda özünümüdafiə halları açıq şəkiləd hiss olunur. Belə ki, onun Neftçala, Salyan , Şirvan, Hacıqabul rayonlarında olan neft sektoru ilə ciddi əlaqələri var. Əldə etdiyimiz məlumata görə, hazırda Haçı Qurbanın 50-dən artıq avtobusu var ki, onlar da sözügedən rayonlarda olan neft şirkətləri və ARDNŞ-in balansındakı idarələrlə müqavilə asasında işləyir. Daha doğrusu, bu rayonlardakı neft sahəsinə aid olan qurumlar onun monopolisındadır. Hətta bir neçə il əvvəl, Dövlət Neft Şirkətinin balansında olan Neftçala, Salyan və Şirvanda yerləşən idarələr ləğv edildi və yaxud birləşdirildi. Bu idarələrə məxsus olan tam yararlı avtobusların əksəriyyəti yararsız adı altında silindi. Sonradan bəlli oldu ki, bu avtobuslar Hacı Qurban tərəfindən alınaraq özəlləşdirilib. Onların nömrələri dəyişdirilib, müəyyən təmir işləri aparılıb və yenidən neft sahəsindəsi müəssisələrdə çalışan fəhlələrin daşınması üçün istifadəyə verilib. Bu dəfə ARDNŞ-nin balansında yox, Hacı Qurbanla bağlanan müqavilə əsasında. Misal üçün deyək ki, Neftçala rayonu, Mirqurbanlı kəndində yerləşən və sovetlər dönəmində neft sənayesinin inkişafı üçün yararlı olan idarələrədən biri ləğv edildi, avtobusları isə Hacı Qurbana satıldı. Bu idarənin avtobusları Neftçala, Kürşəngi, Lökbatan və Şirvanda olan fəhlələrin daşınması ilə məşğul olurdu. Amma planlı şəkildə bu idarənin ləğv edilməsi və avtobusların satılması bir daha göstərir ki, bu Hacı Qurbanın yox, ARDNŞ-də ona dəstək verən şəxsin əməlidir. Dəqiqləşdirdiyimiz məlumata görə, Hacı Qurbanı Dövlət Neft Şirkətində yüksək vəzifə tutan şəxslərin biri himayə edir. ARDNŞ-də çalışan bu şəxsin kimliyi bizə bəlli olsa da, bəzi məqamlara görə, onun adını qeyd etmirik. Lakin bu istiqamətdə apardığımız araşdırmalar davam edir və yaxın günlərdə Hacı Qurbana məsxus olan diğər biznes şəbəkəsinə nələrin daxil olmasını qeyd edəcəyik. Hələliksə, Q.Abasova məxsus çoxlu sayda şirkət, firma və digər müxtəlif təyinatlı ticarət obyektlərindən bəzilərinin adını qeyd edirik: “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat MMC”, “A+B OİL Servis”… və sairə Bizi izləyin! Geri qayıt |