Əsas Səhifə > Siyasət, Manşet > ARTUR RƏSİZADƏ SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YAŞAYIR
ARTUR RƏSİZADƏ SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YAŞAYIR14-11-2013, 11:16 |
ONUN İŞ QABİLİYYƏTİNİ İTİRMƏ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZ OLDUĞU DA DEYİLİR DİA.AZ: - Dünən məlumatlarımızın birində vurğulamışdıq ki, Nazirlər Kabinetinin tərkibinin 22 oktyabr tarixində təsdiqindən sonra belə NK üzvləri arxayınlaşa bilməzlər. Çünki bəzi post sahiblərinə konkret olaraq vaxt verilib və tələbata uyğun olmayanlar yeni təsdiqlənmələrinə baxmayaraq vəzifələri ilə üzülüşə də bilərlər. Amma bu gün DİA.AZ-a daxil olan bir məlumat zəruri kadr islahatının mümkünlüyünü istisna etmir. Bu barədə redaksiyamıza Nazirlər Kabinetindəki bilgili qaynaqlardan informasiya ötürülüb. Söhbət baş nazir Artur Rəsizadənin sağlıq durumunda ciddi problemlərin yaranmasından gedir. Qeyd edək ki, məmurlar arasında özünün sakit, qruplara qoşulmayan tövrü ilə fərqlənən Artur Rəsizadə ilə vida günü uzaqda deyil. Bu barədə hökumət içindəki etibarlı qaynaqlardan məlumat əldə etmişik. Daha doğrusu belə bir qərarın verilməsi gözlənilir. Mötəbər mənbənin verdiyi xəbərə görə, Artur Rəsizadənin bu iqtidar düşərgəsində məqamı bir başqa olsa da, onun da bir gün görəvdən alınması reallaşmalı idi: «Doğrudur, Artur Rəsizadənin gözündə problemləri hər zaman olub və yaşlanması ilə əlaqədar bu problemləri daha da şiddətlənib. Hətta bu günlərdə ona İsrail həkimləri təhlükəli diaqnoz da qoyublar». Mənbə bildirir ki, korlaşma ehtimalı olan baş nazirimiz bu acı aqibəti yaşamamışdan əvvəl istefa vermək niyyətindədir: «Artıq hakimiyyətin üst düzəyi də bu barədə məlumatlandırılıb və ona hələlik bir qədər gözləmək göstərişi verilib. Amma aqibətin qaçılmazlığı Rəsizadənin gedişinin mütləq baş verəcəyi qənaətini formalaşdırır. Yəni «yuxarılar» bu istəyə gec də olsa müsbət cavab verəcəklər». Biz də öz növbəmizdə Artur Rəsizadəyə Allahdan şəfalar diləyirik. Geri qayıt |