Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVDƏN MİLLİ ŞURAYA İRONİK MƏSLƏHƏT

RƏSUL QULİYEVDƏN MİLLİ ŞURAYA İRONİK MƏSLƏHƏT


14-11-2013, 11:39
RƏSUL QULİYEVDƏN MİLLİ ŞURAYA İRONİK MƏSLƏHƏT
"ƏVVƏL NƏ İŞ GÖRƏCƏYİNİZİ MÜƏYYƏN EDİN"

“Susmaqda dilin əhəmiyyəti olmadığı kimi Milli Şurada da sədr, həmsədr və ya həmsədrlər postlarının yaradılmasının heç bir əhəmiyyəti yoxdur”. Bunu Hafta.az-a açıqlamasında hazırda ABŞ-da mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev deyib. Milli Şuranın həmsədrlik məsələsini müzakirə etməsini Quliyev qurumun qeyri-ciddi məşğuliyyəti adlandırıb:

“Artıq bu günü məlum, sabahı qatı duman içərisində olan bir təşkilatda hansı postların olmasını müzakirə etməkdən qeyri-ciddi bir məşğuliyyəti təsəvvür etmirəm”.
Sabiq Spiker Milli Şura üzvlərinə öz məsləhətini verdi:
“Milli Şuranın üzvləri dayanıb, sədr də var. Əvvəl nə iş görəcəyinizi müzakirə edin, bəlkə heç bir qərar qəbul edə bilməyəcəksiniz və ya qərarla razılaşmayıb. Milli Şuranın əksəriyyəti onu tərk edəcək. Ancaq bu proseduradan sonra sədr və ya həmsədrlər məsələsini müzakirə etmək olar”.
Milli Şura üzvlərindən alternativ namizəd seçməkdə məqsədlərinin nə olduğunu soruşan sabiq spiker fikrinin ardını anektodla tamamladı:
“Alternativ vahid namizəd seçməklə hakimiyyəti dəfələrlə gücləndirməniz sizlərə dərs olmadımı? İndi Milli Şuranın birdəfəlik anektod hədəfinə çevirmək istəyirsinizsə, bu işi görün. Bu lap məşhur anektoda oxşadı. Lektor qatarın ixtira edildiyindən, buxar maşınlarının insanları yükləri daşımağından 1 saat danışandan sonra biri əlini qaldırıb ``Hər şeyi başa düşdük, bəs at hara qoşulacaq?” - sualını verir”

Geri qayıt