Əsas Səhifə > Sosial, Manşet > NAZİRLİK DAHA İKİ ALİ MƏKTƏBİN KİTABINI BAĞLAYIB
NAZİRLİK DAHA İKİ ALİ MƏKTƏBİN KİTABINI BAĞLAYIB14-11-2013, 12:18 |
GƏLƏN İLDƏN ONLARA QƏBUL DAYANDIRILIR: TƏLƏBƏLƏR İSƏ KÖÇÜRÜLÜR DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarovun qış imtahanlarə ərəfəsində özəl ali məktəblərlə bağlı xüsusi araşdırma xəbərini nəzərinizə çatdırmışdıq. Bildirək ki, məlumatlarda yeni nazirin sözügedən sektorda problemlərin həddən artıq çox olması səbəbindən sərt addımlar tədarükündə olduğu da xüsusi olaraq vurğulanırdı. DİA.AZ-a nazirlikdəki mənbələrdən daxil olan son informasiyalarda isə bildirilir ki, əslində Mikayıl Cabbarovun özəl sektorla bağlı tədbir niyyəti də hakimiyyətin üst düzəyii tərəfindən verilən qərarın nəticəsidir. Mənbəmiz bildirir ki, bu gün fəaliyyətdə olan, konkret olaraq iki özəl ali məktəbin bağlanması planlaşdırılır: «Təbii ki, bir ali məktəbin fəaliyyətinin durub-dururkən bağlanması çox ciddi problemlər yaradır. Buna əvvəllər də şahidlik etmişik. Əsas olaraq Müstəqil Azərbaycan Universiteti bağlanarkən hətta tələbələrin aksiyaları da keçirildi. Və odur ki, yenidən belə bir problemlə üz-üzə qalınmaması üçün bu dəfə nazirlik daha ehtiyyatlı davranış yolunu seçib». Mənbəmiz iddia edir ki, həmin özəl ali məktəblərə gələn ildən tələbə qəbulunun ümumiyyətlə, dayandırılması, tədrici olaraq həmin yerlərdə təhsil alan tələbələrin isə başqa universitetlərə köçürülməsi planlaşdırılır: «Tələbə köçürülmələri gələn ilin yanvarından da start götürə bilər. Bu, daha çıx hədəfdə olan özəl ali məktəblərin qış imtahanı sessiyasından necə çıxmalarından asılıdır». Geri qayıt |