Əsas Səhifə > Partiya > DEPUTATIMIZ ATIŞA 600 MANAT ATIB

DEPUTATIMIZ ATIŞA 600 MANAT ATIB


30-01-2012, 11:06
DEPUTATIMIZ ATIŞA 600 MANAT ATIB

TÜRKİYƏLİ TƏLƏBƏ FƏRƏC QULİYEVİ İTTİHAM EDİR

2011 -ci ilin may ayinda Milli Dircəlis Hərəkati (MDH) Azərbaycan və Türkiyə tələbələri arasında «Türkiyə Azərbaycan münasibətlərini əks etdirən ən yaxsi yazı» adli müsabiqe elan edib. Müsabiqəyə Azərbaycanda və Türkiyədə oxuyan tələbələr qatila bilərdilər. Türkiyədən iMurat Atış adlı bir gənc də müsabiqəyə qatılıb.

Noyabr ayının 17 - si baş tutan müsabiqənin nəticələri elan olunub və təqdimat mərəsimində Türkiyədən olan gənc Murat Atış ikinci yeri qazanıb.Türkiyədə Muğla universitetinin tələbəsi olan Murad diplom və ona çatacaq 600 manatı almaq üçün artıq partiyaya çevrilmiş Milli Dirçəliş Hərəkatının sədri, millət vəkili Fərəc Quliyevə müraciət edib. Fərəc Quliyev tələbəyə qazandığı mükafatı və diplomu bir necə günə Murada catdıracaqlarina söz verib.

Bir müddət əvvəllər «Davam.az» saytında və bir neçə başqa saytlarda Fərəc Quliyevin Murat Atişın qazandığı 600 manat pul mükafatını və diplomu Muğlaya göndərməsi haqqında yazılar dərc olunmuşdu. Ancaq PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Murad Atışa nə pul, nə də diplom çatıb. İstər Fərəc Quliyevlə, istərsə də, Fərəc Quliyevin müavini Tahir Seyidovla telefon söhbətlərində türkiyəli tələbə təhqir olunub. Bildirilir ki, millət vəkili telefonda tələbənin üstünə qışqıraraq «yeri get işində ol, hamı mənim başıma millətçi çıxıb», deyə qışqırıb. MDHP-nın Gənclər təşkilatının sədri Seymur Həsənlinin isə tələbəni hədələdiyi bildirilir.

Bu məsələ ilə bağlı MDHP sədrinin gənclər üzrə keçmiş müşaviri Şəhla Cabbarlıya müraciət etdik. Şəhla xanım bildirdi ki, «“ Mən Muradın nə diplomunu, nə də pulunu görmüşəm. Hamı kimi mən də kənardan eşitmişəm ki, Murad Atış ikinci yeri qazanıb və onun mükafatı göndərilib. Necə göndərilib, kimdən göndərilib bilmirəm”.

Həmin müsabiqə ilə bağlı ilginc ittihamlarda səslənməkdədir. Bir neçə faktı dəqiqləşdirmək zərurəti olduğu üçün hələlik həmin iddaları dərc etmirik.

Araşdırmamız davam edir...

Bizi izləyin...


Geri qayıt