Əsas Səhifə > Sosial > “AQROLİZİNQ” FERMERLƏRƏ QAN UDDURUR

“AQROLİZİNQ” FERMERLƏRƏ QAN UDDURUR


29-09-2011, 12:56
“AQROLİZİNQ” FERMERLƏRƏ QAN UDDURUR

SABİRABADDA SAHİBKARLAR DEPUTATLARA ŞİKAYƏTLƏNİBLƏR

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitənin üzvləri Tahir Süleymanov, İqbal Məmmədov və Arif Əşrəfov Sabirbaddan qayıdıblar.

Deputatlar səfər zamanı rayonda yeni fəaliyyətə başlayan kənd təsərrüfatı kooperasiyalarının nümayəndələri ilə görüşüblər.

Görüş zamanı yerli sahibkarlar komitə üzvlərinə üzləşdikləri problemlərdən danışıblar.

Komitədən Modern.az saytına verilən məlumata görə, sahibkarlar istehsal etdikləri məhsulu sata bilmədiklərindən, buna süni maneə yaradıldıəğından, “Aqrolizinq”in fermerlərə heç bir kömək etməməsindən, bu qurumun bahaçıl olmasından gileyləniblər.

Komitə üzvlər yerli sahibkarların üzləşdikləri problemlərin həlli ilə bağlı hazırda Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına daxil edilmiş “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsində müəyyən məsələlərin salınacağını bildiriblər.


Geri qayıt