Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZƏRBAYCAN BU STANSİYANIN VARLIĞINA SON QOYMALIDIR”
“AZƏRBAYCAN BU STANSİYANIN VARLIĞINA SON QOYMALIDIR”30-01-2012, 11:19 |
EKSPERTLƏR QƏBƏLƏ RLS-in BAĞLANMASINI TƏLƏB EDİR Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramı Qəbələ RLS problemini müzakirəyə çıxarıb. “Media forum” saytının məlumatına görə, proqramın qonağı olan Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər Qəbələ RLS-in Azərbaycanın maraqlarına hər mənada zidd olduğunu vurğulayıb: “ Qəbələ RLS nə geosiyasi, nə hərbi, nə iqtisadi, nə də ekoloji baxımdan Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın hərbi doktrinasında qeyd edilib ki, əsas hədəfimiz NATO ilə əlaqələrin yüksək səviyyəyə qaldırılmasıdır. Belə ola halda torpaqlarımızı işğal edən dövlətin hərbi-siyasi müttəfiqinin Azərbaycanda baza saxlaması və ondan müttəfiqlərimiz Türkiyə və Pakistan əleyhinə istifadə etməsi heç bir məntiqə sığmır. Ona görə də Azərbaycan hakimiyyəti Rusiya ilə Qəbələ RLS sazişinin müddətini uzatmamalı və bu stansiyanın varlığına son qoymalıdır”. Proqramın digər qonağı - Avro-Atlantik Şuranın idarə heyətinin üzvü, “RLS-siz Azərbaycan” İctimai Birliyinin sədri Səxavət Əlisoy stansiyanın fəaliyyətinin Azərbaycan ekologiyasına və genefonduna ciddi zərər vurduğunu bildirib: “Bu stansiya inşa edildiyi gündən Azərbaycan təbiətini və insanını hədəf götürüb. Bölgədə ölüm halları, xərçəng xəstəliyinə düçar olanların sayı artıb, təbiətə ciddi ziyan dəyib. Böyük bir ərazidə flora və fauna məhv təhlükəsi qarşısındadır. Bir nüans da maraqlıdır. Qəbələ RLS-in üzü Göyçay, İsmayıllı, Ağdaş, Ağsu, Şamaxı istiqamətindədir. Stansiyada işləyən rus hərbçiləri üçün yaşayış evləri isə antenanın arxa tərəfində inşa edilib. Başqa sözlə, RLS-dən buraxılan radiasiyanın zərərini anladıqlarından özlərini bu şəkildə qoruyurlar”. “Həftə sonu”nda Fransanın Minsk qrupundakı həmsədrliyi məsələsinə də toxunulub. Geri qayıt |