Əsas Səhifə > Partiya > AXCP-DƏN MÜSAVATA SƏRT İTTİHAM
AXCP-DƏN MÜSAVATA SƏRT İTTİHAM15-11-2013, 11:43 |
Milli Şura müxalifəti bir platformada birləşdirmək məqsədi ilə qurulsa da, istənilən effekti vermədi. İlk zərbəni qurucusu Rüstəm İbrahimbəyovdan yeyən MŞ Müsavatla AXCP arasında da uçurumu dərinləşdirdi. “Azerinfo.org” xəbər verir ki, AXCP sədrinin müavini Fuad Qəhramanlı yeni bir krizisin təməlini atıb. Onsuz da gərgin olan münasibətləri bir qədər də gərginləşdirən Fuad Qəhramanlı Müsavatı Milli Şuranı dağıtmaqda ittiham edib. O, ictimai basqı olduğu üçün Müsavatın MŞ-da qalmağa dözdüyünü, yaxın gələcəkdə isə tərk edəcəyini bildirib. AXCP sədrinin müavini Müsavatın bu addımının Milli Şuranı dağıtmaq niyyətini daşıdığını və bu prossesə İsa Qəmbərin başçılıq etdiyini bildirib. Geri qayıt |