Əsas Səhifə > Şou-biznes > "ONUNLA YOLA ÇIXANDA SEVİNİRƏM"...

"ONUNLA YOLA ÇIXANDA SEVİNİRƏM"...


15-11-2013, 11:50
"ONUNLA YOLA ÇIXANDA SEVİNİRƏM"...
Şou-biznes nümayəndələri hər zaman deyib-gülməyi xoşlayır.

Axşam.az-ın məlumatına görə, “Telemaqazin” verilişi bu dəfə onlar arasında sorğu apararaq ən güləyən müğənnini seçib.

Rəqqasə Fatimə Fətəliyeva – Şou-biznesdə ən güləyən Rüfət Axundovdur, bunu hamı bilir. Xanımlardan isə heç kim yoxdur.

Müğənni Xatirə İslam – Ən güləyən müğənni mənəm. Hər dəfə efirə çıxanda əvvəllər İslam müəllimi yığırdım. Soruşurdum ki, necə oldu? O da deyirdi, Xatirə hər şey yaxşıdır, bircə az gül. İndi hər efirdən sonra anamı yığıb soruşuram.

Müğənni Yaşar Cəlilov – Ən güləyən müğənninin kim olduğun deyə bilməyəcəm. Amma mən həmişə Elariz Məmmədoğlunu görəndə nə qədər bikef olsam da gülürəm. Çox pozitiv insandır. Həmişə özü də deyir ki, kim məni görür, gülür.

Müğənni Miri Yusif – Mənim üçün ən güləyən məşhur Emin Kərimidir. Gülərüz bəstəkardır, dünya vecinə deyil.

Əməkdar artist Mətanət İsgəndərli – Ən güləyəni də, ən kövrəyi də mənəm. Efirdə gülməyim çox görünməyib. Mənim həyatımda heç nəyin norması yoxdur.

Əməkdar artist Abbas Bağırov – Sənətdə bir yaxın dostum var - Hacı Nazim. Onun yol yoldaşlığına heyranam. Bir dəfə bir yerə gedirdik, yolda oturub, çorək yedik, söhbət etdik. Onunla deyib-güldüyüm qədər heç kimlə gülməmişəm.

Əməkdar artist Lalə Məmmədova – Ən güləyən Rəşad İlyasovdur. Onunla uzaq yola çıxanda sevinirəm. Çünki məni çoxlu güldürür.

Geri qayıt