Əsas Səhifə > Araşdırma > RƏSMİ BAKI TÜRKİYƏNİ NƏDƏN TOPA TUTUR?

RƏSMİ BAKI TÜRKİYƏNİ NƏDƏN TOPA TUTUR?


30-01-2012, 12:12
RƏSMİ BAKI TÜRKİYƏNİ NƏDƏN TOPA TUTUR?

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA PROBLEMLƏR VAR

Fransa Senatı tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul olunmasından sonra Türkiyənin nəhəng media quruluşları Azərbaycan iqtidarını tənqid edən yazılar dərc etməyə başlayıblar. Yazılarda əsasən Fransanın verdiyi qərara ölkə başçısı tərəfindən hər hansı bir reaksiya verilməməsi haqqında tənqidi fikirlər səsləndirilib. Bəs Türkiyə mətbuatı yaydığı bu tənqidi yazılarla nə dərəcədə haqlıdır? Mövzu ilə bağlı açıqlama verən politoloq Leyla Əliyeva maraqlı fikirlər səsləndirib.

“Yeni Azərbaycan” qəzetinin bu günki sayında da Türkiyə hakimiyyətinin ciddi şəkildə tənqid olunması ilə bağlı yazı dərc olunduğunu bildirən Leyla Əliyeva, “bu sadəcə onun göstəricisidir ki, Azərbaycan və Türkiyə hakimiyyətləri arasında problemlər mövcuddur” , -deyə qeyd etdi.

“Sadəcə olaraq bu problemlər həll olunmalıdır.”

Politoloq Fransa ilə Azərbaycanın rəhbərlik səviyyəsində yüksək əlaqələrinin olduğunu qeyd edərək, hakimiyyətin hər hansı bir reaksiya verməkdə çətinlik çəkdiyini bildirdi.

“Azərbaycan eyni halda həm Fransa, həm də ki, Türkiyə ilə münasibətlərini korlamaq istəmir. Yəqin ki, çalışırlar hər hansı bir neytral mövqe saxlasınlar. Bu neytral mövqe onları qeyri-rahat yerə gətirib çıxardıb.”

Fransa tərəfindən verilən qərarın qardaş Türkiyənin zəiflədilməsinə hesablandığını qeyd edən Leyla xanım, “Türkiyənin əleyhinə yönəldilmiş bu siyasət sözsüz ki, Azərbaycanın da zəiflədilməsinə səbəb olacaq”,-deyə bildirdi.

Xəyal Şükür


Geri qayıt