Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN RƏQİBLƏRİ ÜZƏRİNDƏ PARLAQ QƏLƏBƏSİ

ZİYA MƏMMƏDOVUN RƏQİBLƏRİ ÜZƏRİNDƏ PARLAQ QƏLƏBƏSİ


15-11-2013, 14:45
ZİYA MƏMMƏDOVUN RƏQİBLƏRİ ÜZƏRİNDƏ PARLAQ QƏLƏBƏSİ
NN ŞEFİ ARTIQ PROBLEMLİ GÜNLƏRİNİ GERİDƏ QOYUB: İNDİ HÜCUM VAXTIDIR

DİA.AZ: - Hakimiyyətin aparıcı fiqurlarından biri hesab olunan nəqliyyat naziri Ziya Məmmədov artıq üzərinə edilən basqıları geridə qoymuş vəziyyətdədir. Bu ilginc məlumatı redaksiyamıza çatdıran məlumatlı mənbə iddia edir ki, NN şefi nəinki hücumları dəf etməyə müvəffəq olub, hətta əks-hücuma da keçib.

Bu barədə bilgili qaynağın DİA.AZ-a söylədikləri: «Ziya Məmmədov olduqca gəlirli bir sahəni nəzarəti altında saxlayır. Bu istiqamətə dövlət ciddi pul xərcləyir və rəqibləri Ziya Məmmədovdan həmin vəsaitlərin haqq-hesabının aparılmasına nail olmağı düşünürdülər. Amma alınmadı. Ziya Məmmədov yenidən etimad qazanmağa müvəffəq oldu».

Gələn məlumatlarda o da bildirilir ki, bu günlərdə Ziya Məmmədova qarşı mətbuata ilginc faktların ötürülməsi də planlaşdırılbmış: «Amma bu məsələdən də artıq vaz keçilib. Hər halda, rəqibləri müəyyən müddətlik NN şefinin həndəvərinə düşməyin mümkünsüzlüyü qənaətindədirlər. Mətbuata ötürülməsi planlaşdırılan faktlara gəlincə isə, söhbət Bakıya gətirilən «London taksiləri»nin alqı-satqısı prosesində mənimsənilən büdcə pullarından, həmçinin paytaxtdakı iki yol ötürücüsü qovşağının inşası zamanı yol verilən astronomik həcmli yeyinti faktlarından gedir».

Mənbə bildirir ki, artıq bu faktların ictimailəşdirilməməsi qərarı verilib: «Ziya Məmmədov uduşlu mövqeyindən istifadə edərək, dünənə qədər ona qarşı gedən dairələrin susdurulması yönündə də ciddi addımlar atmaqdadır. Bunun isə zamanla nəticələrini müşahidə edəcəyik».

Geri qayıt