Əsas Səhifə > Cəmiyyət, Manşet > HEYDƏR BABAYEV MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRİLDİ

HEYDƏR BABAYEV MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRİLDİ


15-11-2013, 17:40
HEYDƏR BABAYEV MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRİLDİ
O, «KREMLİN ADAMI» KİMİ TANINIR

DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə rəsmi Bakı təkrar etimad göstərə bilər. Onun vəzifəyə gətiriləcəyi bildirildi. Amma bu gün adınan məlumatlardan aydın olur ki, sabiq məmurun təkrarən vəzifə başına gətirilməsi imkansızdır. Və bu, iqtidar içində müəyyən qüvvələrin böyük təpgisi ilə müşaiyət olunub.

Redaksiyamıza məlumatlı çevrələrdən sızan informasiyada qeyd olunur ki, Heydər Babayevlə bağlı aparılan danışıqlar baş tutmayıb: «Heydər Babayev Rusiyanın iqtisadi-siyasi dairələri ilə sıcaq ilişgilərə malik olan bir fiqurdur. Belə bir mərhələdə onun vəzifə başına gətirilməsi təbii ki, yalnız Rusiyanın könlünü alma cəhdi kimi anlaşılardı. Lakin indiki məqamda rəsmi Bakının yürütdüyü siyasət Heydər Babayevin vəzifə başına gətirilməsini zəruri etmir. Əksinə, Heydər Babayev kimi mövqedə dayanan digərlərinin də hakim düşərgədən qovulmasını vacib edir».

Mənbəmiz bildirir ki, hazırda Rusiyada böyük biznesləri olan onlarla məmur var: «Onlar müxtəlif zamanlarda bu bizneslərini qurublar. Elə bilirsiniz ki, Rusiyada bağlanan bazarlar sıravi, sıradan azərbaycanlıların idi. Hər birinin arxasında bir məmur dayanır. Elə məmur var ki, Rusiyada restoranlar, otellər şəbəkəsi var. Yaxın vaxtlarda Kremlin sifarişi ilə həmin obyektlər də hədəfə alına bilər. Məhz bu məqamda Rusiya yönümlü hansısa bir fiqurun yenidən iqtidarın mətbəxinə daxil olması nə arzulanan, nə də gözlənilən deyil».

HEYDƏR BABAYEV MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRİLDİ

Xatırladaq ki, bir müddət əvvəl Heydər Babayevin Rusiya əlaqələrini sübutlayan ilginc fakt da açıqlandı və aydın olurdu ki, sabiq nazir İngiltərədə bank açır. Daxil olan məlumatlardan aydın olur ki, Heydər Babayev elə İngiltərədə bank işinə Rusiyanın siyasi dairələrinə bağlı olan və gürcü dövlət başçısı Saakaşvili tərəfindən Kremlin antiAzərbaycan siyasətində yer aldığı iddia edilən «LukOYL»un prezidenti Vahid Ələkbərovla ortaq girişir.

Qeyd edək ki, Vahid Ələkbərov mətbuata verdiyi açıqlamasında Saakaşvilini inkar etmişdi və Azərbaycana qarşı hər hansı dövlət çevrilişi layihəsində yer almadığını söyləmişdi. Amma bunun nə qədər həqiqət olduğunu müəyyən etmək o qədər də çətin deyil. Və sonradan Vahid Ələkbərovun «Milyarderlər İttifaqı» çərçivəsində rəsmi Bakıya qarşı atılan addımları dəstəkləməsi də Saakaşvilinin haqlı olduğunu ortaya qoymuşdu.

İndi isə bəlli olur ki, Heydər Babayev Vahid Ələkbərovla bank açır. Qeyd edək ki, Heydər Babayev bu hakimiyyət komandasından dışlanan bir fiqurdur və hətta builki prezident seçkilərində belə rəsmi Bakıya dəstəyini ifadə etməyib. Bu barədə jurnalistlərin israrları da yetərli olmayıb. Deməli, keçmiş İİN şefi əslində hansı düşərgədə olduğunu tam çılpaqlığı ilə ortaya qoymaqdadır.


Geri qayıt