Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏRDAN CAMALOVUN RAYONUNDAN NARAZILIQ VAR

MƏRDAN CAMALOVUN RAYONUNDAN NARAZILIQ VAR


18-11-2013, 09:26
MƏRDAN CAMALOVUN RAYONUNDAN NARAZILIQ VAR
Şirvan şəhərində bir ailə evsiz qoyulub. JAM.AZ-a bununla bağlı müraciət edən şəhər sakini Sevinc Kamran qızı Səmədova bildirir ki, 1983-cü ildən Şirvanda yerləşən Telemexanika Cihazlar Zavodunun işçisi kimi əmək fəaliyyətinə başlayıb. Hamı kimi, o da ev növbəsinə dayanıb. Lakin ona hələ də ev verilməyib. Daha doğrusu, növbəlilik əsasında onlara verilməli olan mənzil, başqasına satılıb.

Sevinc Səmədova yazır ki, həmin vaxtdan bəri sözügedən zavodun yataqxanasında yaşamaq məcburiyyətində qalır. «Bir oğlum, bir qızım var. Yataqxanada mənə iki balaca otaq verilmişdi. Bu yataqxanaya təzə «domkom» qoyulmuş Afət Quliyev və İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva yataqxanada mənə verilmiş otağın birini məndən alıb başqasına verib. İndi hal-hazırda bir otaqda yaşayıram. O otağı da məndən alıb başqa şəxsə vermək istəyir».

Şikayətçi bildirir ki, Elmira Ağayeva hər gün gələrək, onunla savaşır, təhqir edir və bildirir ki, S.Səmədovanın yaşadığı bir otağı da başqasına verib. «Mən də iddia edirəm ki, mən bir qızımla harada yaşamalıyam? Oğlum isə həddi bulura çatıb, öz şəxsi mülkü var. Oğlum və gəlinim ilə yola getmədiyimə görə onlarla yaşaya bilmirəm. Ancaq buna baxmayaraq Elmira Ağayeva, Afət Quliyev və İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin müdiri Əyyub Gülməmmədov mənim yaşadığım otağı təhvil verib, oğlumla yaşamağa məcbur edirlər».

Qeyd edək ki, illərdən bəri yataqxanada yaşayan Şirvan sakini ilə münasibətləri aydınlaşdırmaq istəyən şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin mğdiri Əyyub Gülməmmədov iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət edib. Qaldırdığı iddiada isə sözügedən şəxsin evdən çıxarılması tələb olunur. «Adıma heç bir əmlak yoxdur. Çıxarılmağıma dair də heç bir əsas göstərilmir. Bildiyim odur ki, «domkom» Afət Quliyev yataqxanadakı otaqları 2000 manatdan hərraca çıxarıb. Elə buna görədir ki, yataqxanada məskunlaşmış insanların 50 faizə qədərinin Telemexanika Cihazlar Zavoduna heç bir aidiyyatı yoxdur”.

Şirvan sakini sonda onu da bildirib ki, əgər üzləşdiyi problem müsbət şəkildə həllini tapmasa, azyaşlı qızı ilə birlikdə Prezident Admnistrasiyasına yürüş edəcək.

Geri qayıt