Əsas Səhifə > Sosial, Manşet > DUBAYDA TUTULAN GENERAL NECƏ AZADLIĞA ÇIXDI?
DUBAYDA TUTULAN GENERAL NECƏ AZADLIĞA ÇIXDI?18-11-2013, 10:04 |
DİA.AZ: - Bildiyiniz kimi Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Cavadağa Sultanov noyabrın 6-da Birləşmiş Ərəb Əmirlikləri polisi- Şarja polisi tərəfindən həbs edilmişdir. Keçən yazılarımızda bu barədə və Cavadağa Sultanovun keçmişi barədə Qafqaznews.az-da ətraflı məlumat verilmişdir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Cavadağa Sultanovun Ərəb Əmirliklərində saxlandığını təsdiq etmişdir. Mənbənin bildirdiyinə görə hazırda iş üzrə istintaq araşdırmaları aparılır. Azərbaycanın Dubaydakı Konsulluğun əməkdaşı həbsin detalları ilə bağlı məlumat verməsə də bununla bağlı bütün məlumatların Xarici İşlər Nazirliyinə göndərildiyini bildirmişdir. DİA.AZ bildirir ki, ancaq qafqaznews.az-ın Dubaydaki mənbədən aldığı son məlumata görə çoxsaylı cinayət əməllərində günahlandırılan, axtarışda olan Cavadağa Sultanov, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin fövqaladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanovun noyabrın 14-də, ona görə Ərəb Əmirliklərinin rəsmilərinə verdiyi diplomotik zəmanət əsasında zaminə buraxılıb. Mənbənin bildirdiyinə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin fövqaladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanovun axtarışda olan şəxsi həbsdən azad etdirməsinin əsas səbəbi onların uzun müddətdir ailəvi dost olmalarıdır. Geri qayıt |