Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 13 UŞAQ ATASI İLHAM ƏLİYEVDƏN KÖMƏK İSTƏDİ
13 UŞAQ ATASI İLHAM ƏLİYEVDƏN KÖMƏK İSTƏDİ18-11-2013, 10:10 |
Bakı şəhər sakini Həsən Camalov prezident İlham Əliyevə müraciət edib. “Qafqazinfo” xəbər verir ki,mən 13 övlad 7 oğul və 6 qız atası olan H. Camalov 20 nəfərdən ibarət bir ailənin başçısı olduğunu bildirir. O, öz müraciətində yaşadığı evi əlindən almaq istədiklərini bildirib: “Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evimizə bitişik 11 mərtəbəli bir bina inşa edən "Bərgüşad-Ş" MMC adlı bir şirkət mənim evimə göz dikib, hər vasitə ilə onu dəyər-dəyməzinə əlimizdən almaq istəyir. 10 aydan bəri günümüzü göy əskiyə büküb. Evimizi daimi təhlükə mənbəyinə çevirərək, yaşanmaz hala salıb. Mən bu ölkədə 7-si əsgər 13 övlad böyüdürəm. Bu günə kimi Dövlət büdcəsindən bir qara qəpik belə olsun müavinət və ya yardım nə almışam, nə də istəmişəm. Bu gün də istəmirəm. Bizim haqqımızı qoruyun, bu bizə yetər”. H. Camalov müraciətində deyib ki, onun hər zaman dediyi bu olub: “Öz əlimin əməyi, alnımın təri ilə böyüdürəm körpələrimi, öz gücüm, imkanım, fərasətimlə böyüdəcəyəm balalarımı, ölkəmizdə yardıma ehtiyacı olan neçə-neçə ailələr var, Dövlətim onlara yardım edir". Hər zaman Vətənim sağ olsun, Prezidentim sağ olsun, demişəm. Çünki, Mən səmimi-qəlbdən Vətənim Azərbaycanı sevirəm, Onun aşiqiyəm! Cənab Prezident! Sizdən dəstəyinizi istəyirəm, mənə və övladlarıma arxa-dayaq çıxmağınızı, haqq və hüquqlarımızı qorumağınızı istəyirəm. Məzlumun haqqını nahaqqın əzməsinə izin verməyin. Bizə yardım edin. Bizim haqqımızı qoruyun!”. Geri qayıt |