Əsas Səhifə > Dünya > TATARISTANDA MATƏMDİR

TATARISTANDA MATƏMDİR


18-11-2013, 10:12
TATARISTANDA MATƏMDİR
Noyabrın 18-i Tatarıstanda matəm elan olunub. Prezident Rüstəm Minnixanov belə sərəncam verib.

Dünən axşam Tatarıstanın paytaxtı Kazanın hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada 50 nəfərin həlak olub. Onların arasında Tatarıstan prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov, Rusiya Federal Təhlükəsizlik Bürosunun Tatarıstan İdarəsinin rəhbəri Aleksandr Antonov, tanınmış idman icmalçısı Roman Skvortsovun həyat yoldaşı Ellina Skvortsova da var. Böyük Britaniya vətəndaşı Bull Donna Karolina da qəzanın qurbanı olub.

Yerli hakimiyyət həlak olanların ailələrinə 1 milyon rubl ödəmək qərarı çıxarıb. Ailələr sığorta haqqı kimi 2 milyon rubl da alacaqlar.

İlkin araşdırmalara görə, təyyarə yerə düşərkən qanadı uçuş-enmə zolağına toxunub və alışıb. Yanğını bu gün səhər söndürmək mümkün olub.

Geri qayıt