Əsas Səhifə > Partiya > "RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GETSƏ"...

"RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GETSƏ"...


18-11-2013, 11:39
"RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GETSƏ"...
“Rüstəm İbrahimbəyov Milli Şuradan getsə, bu qurumda çox şey dəyişəcək”.

Bunu Lent.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi, Müsavat Məclisinin və Milli Şuranın üzvü, Novella Cəfəroğlu deyib. O bildirib ki, Milli Şurada həmsədrlik institutunun yaradılmasının və R.İbrahimbəyovun da həmsədr kimi qalmasının tərəfdarıdır.

N.Cəfəroğlunun sözlərinə görə, həmsədrlik institutu yaradılacağı halda, Cəmil Həsənlinin də quruma sədr seçilməsinə dəstək verəcək: “Cəmil Həsənlinin həmsədr seçilməsini də dəstəkləyəcəm. Ancaq mən işin içində olan biri kimi deyirəm ki, Rüstəm müəllim Milli Şuradan getsə, çox şey dəyişəcək”.

N.Cəfəroğlu bildirib ki, Müsavat və AXCP kimi partiyalar Milli Şuranı dağılmağa qoymaz.

Geri qayıt