Əsas Səhifə > Cəmiyyət, Manşet > HÜSEYN ABDULLAYEV NİYƏ ALMANİYALI OLA BİLMƏDİ?

HÜSEYN ABDULLAYEV NİYƏ ALMANİYALI OLA BİLMƏDİ?


18-11-2013, 16:58
HÜSEYN ABDULLAYEV NİYƏ ALMANİYALI OLA BİLMƏDİ?
KEÇMİŞ DEPUTATIN İNADI

DİA.AZ: - Məlum olduğu kimi, hazırda Almaniyaya sığınan tanınmış iş adamı, keçmiş deputat Hüseyn Abdullayev rəsmi Berlindən yaşama hüququ ala bilməyib. Bununla bağlı bir neçə gün əvvəl xəbər yayıldı. DİA.AZ-a Almaniyada yaşayan soydaşlarımızdan daxil olan xəbərdə isə bildirilir ki, Hüseyn Abdullayevin Almaniyadan siyasi sığınacaq istəməsi barədə deyilənlərdə müəyyən qeyri-dəqiqliklər olub.

Mənbəmizin söylədikləri: «Hüseyn Abdullayev siyasi sığınacaq yox, vətəndaşlıq almaq istəyirdi. Yəni ikili vətəndaşlıq məsələsi. Ona görə də keçmiş deputat buna nail ola bilməyib. Çünki Almaniya vətəndaşı olaraq həm də Azərbaycan vətəndaşı qalmaq olmaz. Hüseyn Abdullayev isə Azərbaycan vətəndaşlığından vaz keçmək istəmir».

Məlumatı verən soydaşımız iddia edir ki, buna görə də Hüseyn Abdullayev Almaniyadan vətənldaşlıq istəmə fikrindən birdəfəlik daşınıb.

Geri qayıt