Əsas Səhifə > Dünya > BİNYAMİN NETANYAHU MAHMUD ABBASA SƏSLƏNDİ

BİNYAMİN NETANYAHU MAHMUD ABBASA SƏSLƏNDİ


19-11-2013, 10:15
BİNYAMİN NETANYAHU MAHMUD ABBASA SƏSLƏNDİ
İsrailə rəsmi səfərə gedən Fransa prezidenti Fransua Olland Knessetdə millət vəkilləri qarşısında çıxış edərək, "Fələstinin dövlət başçısı Mahmud Abbasla sülh müzakirələrinə dair görüşlər keçirdim. Paytaxtları Qüds olan İsrail və Fələstin dövlətləri qurulmalıdır", - deyib.

FaktXəbər-in məlumatına görə, "bütün problemləri bağlayacaq çıxış yolu tapılmalıdır. Həll edilməmiş məsələlər davamlı şəkildə müzakirə edilə bilməz", - deyən Olland daha sonra bildirib ki, məskunlaşma ərazilərinin inşasının dayandırılması və Fələstin iqtisadiyyatının önünü açacaq yardımların edilməsi lazım olduğunu söyləyib.

İsrailin baş naziri Binyamin Netanyahu da çıxışnda, "Abbası yəhudilər və İsrail torpaqları arasında minlərlə ildir davam edən əlaqələrin tarixi bir həqiqət olduğunu qəbul etməsi üçün Knessetə dəvət edirəm", - şəklində danışıb.

Özünün də Ramallaha gedə biləcəyini deyən Netanyahu, "qarşıdurmanı sona çatdıran sülhməramlı həll yolunu, ancaq yəhudi dövlətinin tanınması qarşılığında qəbul edirəm. Eyni zamanda, iki dövlətli həll yolunu qəbul etdiyimi söyləyirəm", - deyib.

Geri qayıt